• şənbə, 20 Aprel, 11:31
  • Baku Bakı 14°C

Madrid də İstanbulun payına göz dikib

10.06.20 13:22 731
Madrid də İstanbulun payına göz dikib
2019/2020 mövsümündə Çempionlar Liqasının finalının keçirmək istəyən daha bir şəhər var.
Kaspi.az xəbər verir ki, İspaniyanın paytaxtı Madrid də ÇL-in finalını qəbul etməyə hazır olduğunu bildirib. Bu barədə məlumatı Madridin meri Xose Luis Martines-Almeyda verib:
"Bilirəm ki, bununla bağlı müzakirələr gedir. Bildirmək istəyirəm ki, Madrid merliyi ÇL-in finalının şəhərimizdə keçirilməsini tam dəstəkləyir.
Bizim müvafiq təhlükəsizlik şəraitimiz var. Onu saxlamaq üçün lazımi infrastruktur və xidmətlərə də sahibik. Bu, həm də bütün dünyaya siqnal olardı ki, yaşadığımız dramatik duruma baxmayaraq, Madrid təslim olmadı və özünə gəlir”.
Qeyd edək ki, bu mövsüm ÇL-in finalı İstanbulda keçirilməli idi. Bir müddət əvvəl məlumat yayılmışdı ki, Çempionlar Liqası mini-turnir çərçivəsində davam etdiriləcək.
banner

Oxşar Xəbərlər