• çərşənbə, 24 Aprel, 04:37
  • Baku Bakı 14°C

Maas İranı dərhal BHFP-nin tam icrasına qayıtmağa çağırıb

27.02.20 10:51 583
Maas İranı dərhal BHFP-nin tam icrasına qayıtmağa çağırıb
Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) İranın nüvə silahı əldə etməyəcəyinə zəmanət verən ən yaxşı mexanizm olaraq qalır, Tehran dərhal onun icrasına qayıtmalıdır.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın xarici işlər naziri Hayko Maas BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib.
H.Maas bildirib: "Biz İrandan öz öhdəliklərini tam yerinə yetirməsini gözləyirik. Birgə Hərtərəfli Fəaliyyət Planı İranın nüvə silahı əldə etməyinin qarşısını alan ən yaxşı və yeganə potensial vasitə olaraq qalır".
Nazir əlavə edib ki, Avropa BHFP-nin saxlanılmasında öz rolunu oynayır: "Lakin İran da eyni şeyi etməlidir və dərhal öhdəliklərin tam icrasına qayıtmalıdır".
banner

Oxşar Xəbərlər