• cümə axşamı, 28 mart, 18:34
  • Baku Bakı 13°C

Lütfi Zadənin nəşi gələn həftə San-Fransiskodan Bakıya yola salınacaq

24.09.17 09:00 756
Lütfi Zadənin nəşi gələn həftə San-Fransiskodan Bakıya yola salınacaq
Xəbər verildiyi kimi, dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə sentyabr ayının 6-da dünyasını dəyişib. Alimin arzuna müvafiq olaraq, onun nəşi dəfn edilmək üçün Azərbaycana gətiriləcək.
AZƏRTAC-ın sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Los-Ancelesdəki baş konsulluğu bu işlə məşğul olan şirkətə istinadən bildirib ki, görkəmli alimin nəşinin Azərbaycana yola salınması gələn həftənin əvvəlində baş tutacaq. Bildirilib ki, Lütfi Zadənin nəşi sentyabr ayının 26-da San Fransiskodan yola salınacaq və onun ayın 29-da Bakıya çatması gözlənilir.
banner

Oxşar Xəbərlər