AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Lukaşenko növbədənkənar prezident seçkiləri ilə bağlı şərtini açıqlayıb

Lukaşenko növbədənkənar prezident seçkiləri ilə bağlı şərtini açıqlayıb

Təfsilat
07 May 2021, 16:15 611
Belarus növbədənkənar prezident seçkilərini keçirməyə hazırdır.
APA-nın "Sputnik Belarus”a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
O, bununla bağlı şərtini də açıqlayıb. Belarus dövlət başçısının sözlərinə görə, ölkəsində növbədənkənar prezident seçkiləri yalnız ABŞ-da prezident seçkiləri ilə paralel keçirilə bilər.
"Açıq şəkildə seçkiyə "hə” deyirəm. Mən hazıram, amma amerikalılarla eyni vaxtda. Qoy onlar növbədənkənar seçkilər təyin etsinlər və biz də həmin günə Belarusda növbədənkənar prezident seçkiləri təyin edəcəyik”, - deyə A. Lukaşenkovurğulayıb.