L.N.Tolstoyun “Anna Karenina” romanında şəxsi maraqla ümumi rifahın birləşməsi
Şəxsi maraq və ümumi rifahın ahəngdar şəkildə birləşməsi problemi
L.N.Tolstoyu bütün həyatı boyu düşündürmüşdür – bu haqda yazıçının
gündəliklərinin, qeyd dəftərlərinin, məktublarının, publisistikasının, amma ən
əsası onun bədii əsərlərinin analizinə əsasən danışmaq olar. Məhz həmin
mətnlərdə biz eqoizm nümunələrini, individuallığı və ayrı-ayrı qəhrəmanların
təkcə öz maraqları xatirinə deyil, həm də ətrafdakıların kədər və sevinclərini
bölüşərək yaşamaq bacarıqlarının şahidi oluruq. Lakin yazıçının bədii
əsərlərini mənimsədikdə onların daxili vəhdətinin yaradıcılıq yüksəlişi ilə
birbaşa bağlılığı və müəllifin düşüncəsinin, konsepsiyasının personajların
mövqeyinin düzgün qiymətləndirilməsindən ibarət olması kimi digər çətinliklər
meydana çıxır. Tolstoyun əsərlərində cəmiyyətə nüfuz edən şəxsiyyəti görmək
üçün onun bu və ya digər əsərinin bədii dünyası ilə əlaqə yaratdığı daxili
rabitənin xüsusiyyətini başa düşmək vacibdir.
L.N.Tolstoyun fikrincə Sviyajski və ya Nevedovski heç nəyi dəyişə bilməzlər, çünki xalqın ruhunu duymurlar. Ot tayası üzərində keçirdiyi gecə onu əvəz edən işçilərin dalğınlığı zamanı qəhrəman xalqı görən Levin, seçkilərdə əsl izdihamla rastlaşır: "Bunların ardınca gonbul generalı əhatə edən mülkədarlardan ibarət izdiham tələsik şəkildə Levinə yaxınlaşırdı...”
Lakin zadəganların ən yaxşıları xalqın dünyası qarşısında məsuliyyət hiss edirdi. Buna görə də Levinin ailə və həyat fəaliyyəti maraqlarının birləşdirilməsi barədəki arzusu heç də utopiya deyil. Tolstoy "Anna Karenina" romanında sübuta yetirməyə çalışır ki, insan həyatının dünyadakı, cəmiyyətdəki mərkəzi öz növbəsində xalqın maraqlarını dərk edən mənəvi artım üçün layiqli və davamlı əsas olmağa malik ailə həyatı olmalıdır.
Mənbə: cyberleninka.ru
Rus dilindən tərcümə edən: Xatirə Nurgül
Deməliyik ki, Tolstoy üçün rus xalqının həyatından kənarda ümumi
rifah mövcud olmasa belə, əsərlərinə müxtəlif formalarda öz avtobioqrafik
qəhrəmanlarını daxil etmişdir. N.Y.Berkovski yazırdı: "Kazaklar” şəxsiyyəti
xalq, obyektiv dünya və milli tarix vasitəsilə zənginləşdirən müasir epos hesab
edilən "Hərb və sülh”ü qabaqlayır”. "Anna Karenina” romanı həm də epik
mahiyyətlə səciyyələnir, qəhrəmanın ümumi rifaha yaxınlığı ailə və xristianlıq
ənənələri vasitəsilə baş tutur. Amma Levinin xalqın dünyasına yaxınlaşması məhz
şəxsi maraq, qəlbinin rahatlığı sayəsində baş verir. "Zira, insan dünyanı əldə
etməyə müvəffəq olsa da özünü məhv edə və ya ziyan vura bilər”. Qeyd etmək
lazımdır ki, əsas qəhrəmanın daxilində bütün roman boyunca şeytani nəfslə
mübarizə gedir, zülm və nifrətlə savaş yaşanır. Bu mübarizədə qalib gəlmək üçün
qəhrəmana xalqla, kəndlilərlə ünsiyyət yardım edir. Bu nöqteyi-nəzərcə
Konstantin Levinin romanın sonuncu abzasında nəzərə çatdırılan gələcək haqqında
planlarının böyük əhəmiyyəti var.
Yada salaq ki, əsərin finalında qəhrəman Levinin "bəxş edəcəyi”,
"şübhəsiz ki, xeyirxahlıqla dolu olan” gələcək həyatının "hər bir anı” haqqında
danışır. Təsadüfi deyil ki, söhbət hər dəqiqədən gedir, – oxucu dərk edir ki,
müəllif bizi ayıq-sayıq güclərlə fasiləsiz mübarizənin mühümlüyünün təsdiqinə,
daimi ziddiyyət haqqındakı düşüncələrə doğru aparır, amma o, zalım deyil:"Ayıq olun, çünki rəqibiniz şeytan nərildəyən şir təki sizi
parçalamağa hazır şəkildə gəzir. Ona qarşı hədsiz imanla müqavimət göstərin...”
Bizim fikrimizcə, Levinin düşüncələrində "qadir olmaq” sözü təkcə "bacararam”
felinin sinonimi deyil. Onun köməyi ilə Tolstoy şəxsiyyətin ətraf aləmə xeyirxah
təsir edən gücünü və Tanrının iradəsinə ortaq olmasını önə çəkir.
Levindən fərqli olaraq Anna Karenina əsərin bədii zamanına nəzərən
şeytanın hökmünə getdikcə daha çox tabe olur. Romanın mətnində biz dəfələrlə
Annanın şeytana itaətinin şahidi oluruq. Vronski ilə görüşdən sonra o, Aleksey
Kirilloviçlə münasibətlərinin irəliləməsi dövründə şeytanın daha da artan
dəhşətli gücünə qarşı müqavimət göstərməli olur.
Beləliklə, ərini aldatmağa başlayan qəhrəman bunu necə asanlıqla
bacardığına özü də heyrətlənir. "O, özünü gözəgörünməz yalan əlbisəsi
içərisində hiss edirdi. Hansısa pünhan qüvvənin ona yardımçı olduğunu, himayə
etdiyini duyurdu”, – deyə L.N.Tolstoy yazırdı. Aleksey Aleksandroviçin bağ
evinə arvadının yanına gəlişi epizodunda isə Anna artıq mübarizə apara bilmir,
heç buna cəhd də göstərmir: o, "özünün artıq yaxşı bələd olduğu yalan ruhunu
hiss etdiyi üçün gecikmədən həmin ruha tabe oldu”. O, həmin ruhun ona
pıçıldadığı sözlərlə danışır. Müəllif kimi oxucu da qəhrəmana acıyır, amma
Kareninanın öz zəifliyinin təsdiqinə necə yaxınlaşmasını və zalımlıqla bərqərar
olmuş dünyanın təsvirini görməlidir. Romanın yeddinci hissəsinin iki son
cümləsi Annanın təbirincə onun yer üzərindəki son təsəvvürü olaraq təqdim
edilir, bu səbəbdən də biz başa düşürük ki, "iztirabları, yalanları, əzabları
və zalımlığı ifadə edən kitab” həyat haqqında, əsasən də Annanın həyatı
haqqındadır, amma bu, əsla yazıçı və onun avtobioqrafik qəhrəmanı deyil. Maraqlıdır ki, "Anna Karenina” romanının yazılma tarixi (1873-1877-ci
illər – bu zaman Tolstoy 45-49 yaşlarında olub) yazıçının özü tərəfindən xüsusi
olaraq yaş həddinə baxış nöqteyi-nəzərindən qiymətləndirilib. "İnsan özünü
dünya kimi qeyri-individual şəkildə və fərd olaraq dərk edir”. Hər şey də elə
bundan başlanır. İnsan ətraf aləmi az-çox dərk edə bilir, ya da mən yaş həddinə
nəzərən qavrayıram. Və təkcə bir yaş həddi (40-50 il) hər iki düşüncəsini
barışdıra bilər”, – deyə Tolstoy 1870-ci ildə yazırdı. Bizim üçün Tolstoyun
bəlli dövrlərə xas yaş xüsusiyyətləri haqqında düşüncələrində ədalətli
olub-olmaması mühüm deyil, mühüm olan yazıçının şəxsi və ümumi imkanların
birləşməsi haqqındakı şərhləridir.
"Dolaşıqlığa” nəzər salaq.
V.A.Koşelyov A.A.Fet haqqındakı kitabda yazır: "Fet üçün ədəbi ideal Tolstoyun
"Anna Karenina”sındakı Konstantin Levindir”.
Buna baxmayaraq, qeyd etməliyik ki, Levin obrazı Tolstoy tərəfindən
Afanasi Fetin kənd təsərrüfatı "eksperiment”i illərində yaranıb – məhz həmin
zaman Tolstoy xüsusilə aktiv şəkildə, şəxsən, yazılı surətdə mülkədar Fetlə
ünsiyyət saxlayır, məqalələrini oxuyur və sanki onun timsalında "canlı” Levini
görürdü, tipik dvoryanlara bənzəməyən dvoryan, "bütöv şəkildə, parçalanmamış,
bölünməmiş” varlıq. Amma romanın oxucusu şərh edir ki, Konstantin Levinin təsviri
bütövlükdə gizli, hətta qəhrəmanın özü tərəfindən də hiss edilməyən, şübhəli,
analizə ehtiyac duyulan şəkildədir. Tolstoy oxucuya göstərir ki, Levini
xristian dəyərləri qoruyur, amma romanda dini düşüncənin təsdiqi, onun
mühümlüyünün dərk edilməsi üçün qəhrəman imana doğru şəxsi yolunu getməli olur.
Burda Qolenişevin rəssam Mixaylov haqqındakı sözlərini və onun yeni
"liberallar” və "vəhşi” adamlar haqqındakı qənaətlərini xatırlamaq yerinə
düşər: "...Amma indi xalis azadfikirlilərin hətta əxlaq, etiqad qaydaları,
avtoritetlər haqqında eşitməyən yeni tipi meydana gəlib, bütün anlayışları
təkzib edərək çoxalırlar, yəni vəhşi kimi”.
Oxucu başa düşür ki, Qolenişevin müəllif tərəfindən təəssüf və
ironiya ilə qələmə alınan sözlərini olduğu kimi anlamaq olmasa da, Levinin
romandakı mövqeyi haqqındakı təsəvvürlərin yaranmasında onların rolu olduqca
mühümdür, axı o, Stivanın sözlərinə əsasən "vəhşi”dir (eynilə rəssam Mixaylov
kimi). Qolenişev rəssamın savadsızlığından bəhs edir, oxucu isə ondan insan
unikallığını, individuallığını yoxa çıxaran Oblonskinin, Vronskinin və şahzadənin
təhsilli, mədəni olduğunu xatırlayır. Qolenişevin sözləri oxucunun baxışlarını
yönləndirir, qəhrəmanların həyatını anlamaq üçün şərait yaradır, amma həmin
fikirlər tərsinə anlaşılmalıdır.
Azad fikirli adlandırılan Mixaylov, əslində, əzablı axtarış yolu
keçir və Allahın bəxş etdiyi həqiqəti, həyatın əbədi qanunlarını dərk edərək
onları "Pilatın nəsihətləri” rəsm əsərində təsvir edir. Tolstoy oxucunu aktiv
elmi inkişafın baş tutduğu çevriliş dövründə insanın Tanrının mövcudluğuna,
onun həqiqətlərinə şübhə etməsinin təbii hal olması barədə düşüncələrə qərq
edir. Amma yazıçı qeyd edir: məyusluqdan sonra çətinlik və əzablar zamanı
yenidən əldə edilən inam, daha qiymətli və sarsılmaz olur, çünki şəxsi hisslər,
şəxsi maraqlar əsasında yaranır. Konstantinin doğma qardaşı Nikolay Levin
obrazı bizə romanın əsas qəhrəmanının gizli tərəflərini anlamaqda kömək edir.
Təsadüfi deyil ki, romanın bədii həyatında personajın gah kölgə salması, gah
aydınlanmasını hiss edən N.Y.Berkovski Nikolayı Konstantin Levinin "sirri”
adlandırmışdır.
Tolstoy oxucuya Nikolayın həyatındakı təzadlar haqqında xəbər
verərkən (o, əvvəllər mömin olmuş, sonralar isə gəzərgi həyata başlamışdır),
Levinin həyatındakı çətinliklərlə gizli paralel aparır. Bundan başqa Nikolayın
ölümdən əvvəl qanunsuz halda imana geri dönməsi ("onun budəfəki dönüşü eyni
düşüncə ilə baş tutsa belə qanuni deyildi”) oxucunu Levinin romanda baş tutacaq
qanuni dönüşünə kökləyir. Hiss olunur ki, Qolenişevin romanda bəhs etdiyi
inkardan, məhv etməkdən Tolstoy özü də keçib. "Gəncliyimdən bəri hər şeyi
əvvəlcədən analiz edir, bununla da məhv etməyə səbəb olurdum. Tez-tez
qorxurdum, düşünürdüm ki, bütöv heç nəyim qalmayacaq, indi isə budur qocalıram,
amma başqalarındakından daha çox bütöv və zərər dəyməmiş nəsnələrim qalıb” –
deyə Lev Nikolayeviç 6 noyabr 1873-cü il tarixində gündəliyində qeyd edib.
"Anna Karenina” romanında
şəxsiyyətin və xalqın birləşməsi problemi yeni şəkildə, dini mövqe əldə
etdiyindən xüsusilə vacibdir. Konstantin Levin də Tanrını dərk etməklə bərabər
həm də paralel olaraq xalqla eyni yolda addımlayır. Levinin ulduzlu gecədə
keçirdiyi iztirabları xatırlayaq. Bu an ondan ötəri ailə anlayışı xalq həyatı
idealından olduqca uzaqdır. Qəhrəman xalqa qarışmaq, onun içərisində itib-batmaq
istəyir, amma ailə xoşbəxtliyi haqqındakı keçmiş arzularından vaz keçə bilmir.
Levin üçün gələcək barədə düşünmək hələ ki, ailə haqqında düşünmək qədər
(kəndlilərin arasında kəndli arvadı Kiti ilə birlikdə yaşamaq) mühüm deyil.
Amma elə həmin düşüncələrdə də onun şəxsi və xalqın hətta milli tərəfdən
məqsədlərini birləşdirmək arzusu görünür, çünki millilik Levin üçün kübar
ziyafətlərdəki söhbətlərin xarakterindən deyil, rus insanının özünə, ölkəyə,
torpağa, rus xalqının mənəvi dəyərlərinin məcmusuna münasibətindən asılıdır.
"Levinin başlıca məqsədi onun torpağı, evi, bütün anlayışı ilə gerçəkləşdirməyi
düşündüyü, sadəcə həyat deyil, həm də fəlsəfi məna kəsb edən "ailə
xoşbəxtliyi”idir”.
Bu romanda biz qəhrəmanın nəhəng dünyaya doğru hərəkət etdiyini görürük,
buna görə də "şəxsi-ümumi” antitezləri ilə qəhrəmanın inkişafı, dəyişiklikləri
arasındakı əlaqəni qeyd etməliyik. Konstantin Levinin mərhələləri
ədəbiyyatşünaslıqda başlıca olaraq zahiri dövrlər kimi nəzərdən keçirilir. Amma
Levinin inkişaf dövrləri (uşaqlıq-yeniyetməlik-gənclik-qocalıq) və onların
mənəvi variasiya ilə əlaqəli olan bu zaman kəsimi bizə qəhrəmanın fədakarlığını
göstərir (yada salaq ki, Tolstoy ancaq uşaq yaşlarda qanuni əsası olan eqoizmi
və individuallığı dəfələrlə qeyd edib). "Tolstoyun əsas marağı insandır... Onun
nöqteyi-nəzərincə ədəbiyyat insanın dərk edilməsi ilə, onun üçün daha doğru
həyat yolu axtarmaqla məşğuldur, bu səbəbdən də öz millətini təsvir edərkən o,
həm də bütün insanlığı təsvir edir”, – deyə B.İ.Bursov yazırdı. L.N.Tolstoyun
mənəvi qəhrəmanı geri çəkilə, səhv edə, ümidsiz vəziyyətə düşə bilər, amma
onlar vicdan hissini itirməməlidirlər. N.A.Berdyayev yazıçının qənaətlərini
nəzərdən keçirərkən hesab edir ki, "hamının xoşbəxt həyatı naminə o,
şəxsiyyətini və şəxsi dəyərləri rədd edir”. Amma vicdanın etirafı və onu hər
zaman hiss etmək şəxsiyyətin və şəxsi marağın ilk əlamətidir. Bayaq qeyd
etdiyimiz kimi Levin tərəfindən əsası qoyulan xeyirxahlıq qanunu yolun sonu
deyil, amma buna əmək sərf etməsinin göstəricisidir: "İnsanın mənəvi kamilliyə çatması
üçün böyük səylərə ehtiyac olmadığını nəzərə aldıqda məlum olur ki, bunun üçün
digər vasitələr də var, lakin onlar gözəl həyata doğru cəhdlərin zəifləməsinə səbəb
olur”.
Romanın süjet xətlərini nəzərdən keçirərkən yadda saxlamaq lazımdır
ki, qəhrəmanın tənhalığı, dünyadan təcrid edilməsi Tostoyun ən böyük
faciələrindən biridir. Onun qəhrəmanı Konstantin Levin individuallığını qoruyub
saxlayaraq özünü hər zaman böyük bir nəsnənin hissəsi, bəndi olaraq görür. Amma
N.A.Berdyayevin qeyd etdiyi kimi burada daha çox rus insanının nöqsanlarını
görmək doğru deyil: "Rus mənəvi şüurunun xəstəliyini ən başlıcası olaraq şəxsi
mənəvi cavabdehliyinin və şəxsi mənəvi intizamın inkarında, vicdan hissinin
zəif inkişafında, şəxsi xüsusiyyətlərin arasındakı mənəvi dəyərinin yoxluğunda
görürəm”.
Tosltoyun qəhrəmanları isə əksinə dünyadakı yerlərini, (bu zaman
hətta özlərini müstəqil fərd şəklində hiss etsələr də) əzabla axtarırlar. Onlar
qarşılarına qoyduqları məqsəd uğrunda mübarizəyə can atırlar.V.D.Dneprov deyir: "Andrey Bolkonskinin müxtəlif, zamanla bir-birini
əvəz edən hissləri onun şəxsiyyətində cəmlənir. Həyatın dərinliklərində
düşüncələrin axarını dəyişən dönüş baş verir”. Bunu Tolstoyun əsas
qəhrəmanlarından biri, özünü daha geniş müstəvilərdə axtaran, amma Bolkonskidən
fərqli olaraq məhz şəxsi və ümumi maraqların birləşməsi imkanlarını əldə etməyə
müvəffəq olan Konstantin Levin haqqında da söyləyə bilərik. V.V.Kojinov Qərb və
rus ədəbiyyatının fərqini qeyd edir: "Qərb ədəbiyyatında qarşımızda individ (insan, şəxs – X.N.) və xalq təqdim edilir,
rus ədəbiyyatında isə şəxsiyyət və xalq... "İndivid”
və "xalq” anlayışları hər şeydən əvvəl azadlıq, məhdudiyyət anlayışlarını
özündə birləşdirir, individ və xalq bütünlüklə
müstəqil anlayışlardır. Bununla belə, "şəxsiyyət” və "xalq”ın müstəqilliyi,
məhdudiyyətləri deyil, onların özlərində ümumi dəyərləri qoruyub saxladıqları
daxili dünyasıdır”. Belə düşünmək olar ki, Tolstoyun qarşısında üzləşdiyi
çətinliklər səbəbindən ümumi daxili aləminin dərinliyinin tapılması problemi
dayanır.
Levinin Kiti ilə evləndikdən sonra seçkilərdə iştirak etməməsi
epizodu da nümunə olaraq nəzərə çatdırılır: "Amma Levin evləndikdən sonra çox
dəyişilib. O, səbirli idi, baş verənlərin səbəbini anlamadıqda öz-özünə deyirdi
ki, mən heç bir söz deyə bilmərəm... ”
Levinin
"hər şey”dən xəbəri varmı? "Hər şey” elə birbaşa mənada nəzərdə tutulur? Amma
insan hər şeydən xəbərdar ola bilməz. "Hər şey” təkcə seçimlərə deyil, həm də
şəxsi eqonun, böyük dünya ilə şəxsiyyətin birləşməsinə aiddir. Levinin romanın
sonunda özünə qapanmasını düşünmək yanlış olardı. M.M.Dunayevin Levinin
vəziyyəti ilə bağlı dedikləri Annanın həlak olmazdan əvvəlki vəziyyətinə daha
çox uyğun gəlir: "Daxili vəziyyətinə əsasən onun özünün sevgi
subyekti olduğunu nəzərə alsaq, onda xoşbəxtlik enerjisi mənbəyinin də hər şeydən
əvvəl əziz insanın əzablarından deyil, mənəvi həyəcanlarından ibarət olduğunun
şahidi olarıq.Əlbəttə ki, Anna haqqında danışarkən romanın yeddinci hissəsini
nəzərdən keçirib Karenina və Vronski arasında əvvəldən mövcud olan "xoşbəxtlik
enerjisi”ni xatırlamaq yersizdir. Amma bu yerdə qeyd etmək istərdik ki, Levin
üçün M.M.Dunayevin dəfələrlə təkrarladığı eqosentrizm xarakterik deyil. Levinin
daxili böhranı – özünə daxili baxışın olması, özünü təqsirləndirməsi,
qəhrəmanın ucalmasının əsasıdır. Y.V.Lebedev yazır: "Rus yazıçısı əmin idi ki,
hər hansı həyat quruculuğunu özündən başlamaq lazımdır, ətrafından deyil...
ancaq özünü azad edərək, Tanrının köməyi ilə təkmilləşərək faydalı
dəyişikliklərə ümid etmək olar”.
Ot tayası üzərində düşüncələr Levinin seçkilər zamanı fikirləri ilə
bağlıdır. Quberniya seçkiləri səhnəsində görürük ki, Levinin arzusu utopik
deyil, model haqqında söhbət bunun təsdiqidir. Hətta ideal haqqında düşüncə
parodiya kimi təqdim edilsə belə, L.N.Tolstoy zərurilik yolunun inkardan
keçdiyini təsdiq edir: "Hər sahədə öndə gedən zəngin Kaşinski quberniyası o
qədər güclənib ki, burada baş verən işlər bütün Rusiya üçün nümunə ola bilər”.
Amma bu işləri kim idarə edəcək?L.N.Tolstoyun fikrincə Sviyajski və ya Nevedovski heç nəyi dəyişə bilməzlər, çünki xalqın ruhunu duymurlar. Ot tayası üzərində keçirdiyi gecə onu əvəz edən işçilərin dalğınlığı zamanı qəhrəman xalqı görən Levin, seçkilərdə əsl izdihamla rastlaşır: "Bunların ardınca gonbul generalı əhatə edən mülkədarlardan ibarət izdiham tələsik şəkildə Levinə yaxınlaşırdı...”
L.N.Tolstoy seçkilərdə qalib gələcək, heç bir yenilik gətirməyəcək və
xalqa başçılıq etməyəcək, əksinə mülkədarlar dəstəsinin həyatını
yaxşılaşdıracaq Nevedovskinin fəal qüvvələrinin olmadığını qeyd edir:
"Nevedovski zaldan çıxdığı zaman izdiham seçkiləri açıq elan edən qubernatorun
ardınca getdikləri ilk gündə olduğu tək, bir zaman seçkidə qalibiyyət qazanmış
Snetkovu izlədikləri kimi onu əhatə etdi və fərəhlə onun ardınca getdi”.
L.N.Tolstoy xalqla hakimiyyətin maraqlarının qarşılaşdırılmasının
çətinliklərini görür. İnkişaf yolunda dayanır, axtarışa maneə törətmir, əksinə
"yuxarılar”ın qərarını gözləyir. Hakimiyyət isə xalqın qeydinə qalmır, onunla
bağlılıq duymur, özünəməxsus individual axtarışlar edir. Geniş masalı kübar
qonaq otaqları timsalında, mediumların toplaşdığı salonlarda, çoxsaylı
masaların arxasında yazıçı "ziyalı cəmiyyətin darısqal, havasız aləmə necə
çevrildiyini” göstərir. Lakin zadəganların ən yaxşıları xalqın dünyası qarşısında məsuliyyət hiss edirdi. Buna görə də Levinin ailə və həyat fəaliyyəti maraqlarının birləşdirilməsi barədəki arzusu heç də utopiya deyil. Tolstoy "Anna Karenina" romanında sübuta yetirməyə çalışır ki, insan həyatının dünyadakı, cəmiyyətdəki mərkəzi öz növbəsində xalqın maraqlarını dərk edən mənəvi artım üçün layiqli və davamlı əsas olmağa malik ailə həyatı olmalıdır.
Bizim fikrimizcə, Levinin romandakı iddiaları – həyatının genişləndirilməsi (xalq
həyatına aidiyyatı olan horizontal əlaqələr sayəsində) və dərinliyi (vertikal
əlaqələri sayəsində – irsi cavabdehliyin özünü
təkmilləşdirməsi, dərki) ancaq qarşılıqlı bağlanmada xüsusi məna kəsb edir və
yazıçıya romanın epik mahiyyətini təşkil etməkdə yardım edir.
Valeriya Gennadiyevna Andreyeva
Filologiya elmləri namizədi (N.A.Nekrasov adına Kostromski dövlət universiteti)
Filologiya elmləri namizədi (N.A.Nekrasov adına Kostromski dövlət universiteti)
Rus dilindən tərcümə edən: Xatirə Nurgül