• şənbə, 20 Aprel, 03:47
  • Baku Bakı 15°C

Ölkəyə idxal olunan avtomobillərin sayı açıqlanıb

16.07.19 14:45 18778
Ölkəyə idxal olunan avtomobillərin sayı açıqlanıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycana idxal edilən avtomobillərin sayı 18 min 740 olub.
Dövlət Gömrük KomitəsindənAZƏRTAC-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 101-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 16 min 965-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitələri, 1593-ü yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 81-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.
banner

Oxşar Xəbərlər