Ölkəmizdə ordu quruculuğu sahəsində aparılmış uğurlu islahatlar Qələbəmizi təmin etdi
Müasir Azərbaycan dövlətinin formalaşması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə müxtəlif sahələrdə olduğu kimi, hərbidə də uğurlu islahatlar həyata keçirilib. Qısa müddət ərzində müstəqilliyimizin təminatçısına çevrilən, vahid komandanlığa tabe olan güclü və qüdrətli ordu yaradılıb.
BunuAZƏRTAC-a açıqlamasında Azərbaycan Turizm və Menecment Universitetinin İctimai fənlər kafedrasının professoru Məhərrəm Zülfüqarlı söyləyib. Professor bildirib ki, Azərbaycanda ordu quruculuğunun ilk dövrünü şərti olaraq bir neçə mərhələyə bölmək olar.
Ümummilli lider Heydər Əliyevin ötən əsrin 70-ci illərində Azərbaycanın parlaq gələcəyinə böyük inam bəsləməklə ölkədə müasir dövrün milli hərbi kadrlarının yetişdirilməsinə qayğı göstərməsini ordu quruculuğunun birinci mərhələsi hesab etmək olar. 1971-ci ildə Azərbaycanda "C.Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbinin yaradılması haqqında" xüsusi qərarın qəbul edilməsi bu sahədə atılmış ən uğurlu addımdır. Ulu Öndərin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldiyi dövrü ölkəmizdə ordu quruculuğunun ikinci dövrü kimi dəyərləndirmək mümkündür. Ümummilli Liderin 1993-cü il noyabrın 2-də respublikanın Prezidenti və Ali Baş Komandan kimi televiziya ilə xalqa müraciətində ordunun ayrı-ayrılıqda vuruşan dəstələrini vahid komandanlıq altında birləşməyə səsləyərək, postsovet məkanında qulluq edən milli zabitlərimizi Vətənin bu ağır günlərində öz xalqı ilə bir yerdə olmağa çağırdı. Məhz həmin vaxtdan sözün əsl mənasında, geniş miqyaslı ordu quruculuğuna başlanıldı. Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları ilə müharibəyə başladığı ilk vaxtlardan müstəqil respublikamızdan kənarda xidmət edən xeyli sayda zabitimiz düşmənə layiqli cavab vermək üçün Vətənə döndü. Bu, bir daha Ulu Öndərin hərb sahəsindəki müdrikliyini və uzaqgörənliyini təsdiqlədi.
Əsası dahi rəhbər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu sahəsində islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir. Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar öz müsbət nəticələrini 2016-cı ilin Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində tam açıqlığı ilə göstərdi. Eyni zamanda, ölkəmizdə keçirilən möhtəşəm hərbi paradlar, Azərbaycan Ordusunun ən müasir silahlar və texnika ilə təchiz edilməsi dövlətimizin hərbi qüdrətini dünyaya nümayiş etdirdi.
Ermənistanın 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribat Azərbaycanın öz torpaqlarının azad edilməsi uğrunda əks hərbi-əməliyyatlara başlamasına səbəb oldu. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən torpaqlarımızın düşməndən azad edilməsi ilə dünya Azərbaycanın, Silahlı Qüvvələrimizin gücünü və işğalçı Ermənistanı ən qısa müddətdə məğlub etmək əzmini gördü. İşğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımızın ucaldılması, İranla dövlət sərhədinə nəzarətin tam təmin edilməsi Azərbaycan Ordusunun möhtəşəm zəfərləri kimi tarixə düşdü. Şuşanın işğaldan azad olunması isə döyüşlərin kulminasiya nöqtəsi oldu. Azərbaycan Ordusunun şanlı Qələbəsi ölkəmizdə uzun müddət ordu quruculuğu sahəsində aparılmış uğurlu islahatların nəticəsində mümkün oldu.
"Son illər Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən islahatları xüsusi qeyd etmək lazımdır. Belə ki, ölkəmizdə peşəkar ordu yaradılması istiqamətində mühüm işlər görülüb. Hazırda bu sahədə mütəxəssislərimizin 80 faizi yüksək hərbi xidmət keçmiş ixtisaslaşmış şəxslərdir. Orduda aparılmış islahatların, görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü əlli ordusu sırasında özünəməxsus yer tutur. Zabitlərimizin və mütəxəssislərimizin hərbi əməkdaşlıq çərçivəsində mütəmadi olaraq beynəlxalq kurslarda, təlimlərdə iştirak etməsi, qazandıqları təcrübə və biliklər Azərbaycan Ordusunun inkişafına öz töhfəsini verir. Ölkəmizdə hərbi kadr hazırlığı məsələlərinə xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, bu gün ordumuzda yüksək intellektə və bacarığa malik peşəkar kadrların sayı kifayət qədərdir. Həmin kadrların imkanları bizə ən müasir hərbi texnika və silahlardan istifadə etməyimizə imkan verir. Azərbaycanda hərbi sənayenin yaradılması isə bizə imkan verdi ki, özümüzü hərbi texnika, silah-sursatlarla təmin edə bilək. Hazırda ordumuz ölkəmizdə istehsal olunan ən müasir texniki avadanlıqlarla, hərbi məhsullarla təmin olunur. Bu da bizə ordumuza lazım olan silah-sursatı öz hesabımıza təmin etməyimizə imkan verir. Azərbaycan Silahlı Qüvvələri ildə bir neçə dəfə irimiqyaslı təlimlərdə iştirak edir. Bu gün Azərbaycan Ordusunda peşəkarlıqla bərabər, vətənpərvərlik əhval-ruhiyyəsi də yüksək səviyyədədir. Aprel, Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsi zamanı da bu, aydın şəkildə görünürdü. Heç zaman döyüş yerini tərk etməyən hərbçilərimiz həmin döyüşlər zamanı əsl vətənpərvərlik, şücaət nümayiş etdirdilər.
Ölkə Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə demişdir: "Hər il bu bayramı qeyd edərkən biz özümüzə söz verirdik ki, nəyin bahasına olursa-olsun doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”.
Hazırda Azərbaycan hərbi sahədə bir çox ölkələrlə əməkdaşlıq edir və bu əlaqələr günü-gündən genişlənməkdədir. Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif ölkələrdə keçirilən beynəlxalq yarış və müsabiqələrdə uğurla iştirak etməsi bizə digər inkişaf etmiş ölkələrin silahlı qüvvələrinin fonunda Azərbaycan Ordusunun yüksək hazırlıq səviyyəsində olduğunu görməyə imkan verir. Qətiyyətlə deyə bilərik ki, bu gün Müzəffər Ali Baş Komandanın başçılığı ilə ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlər müvəffəqiyyətlə davam etdirilir”, - deyə Məhərrəm Zülfüqarlı fikrini yekunlaşdırıb.