AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Liviyanın Baş naziri Türkiyəyə səfər edəcək

Liviyanın Baş naziri Türkiyəyə səfər edəcək

Təfsilat
11 Aprel 2021, 18:15 952

Sabah Liviyanın Baş naziri Əbdülhəmid Dibeybenin rəhbərlik etdiyi nümayəndə heyəti  Türkiyəyə səfər edəcək.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə "Anadolu” Agentliyi məlumat yayıb.
Liviya Hökumətinin sözcüsü  Məhəmməd Hammude  bildirib ki, Ə. Dibeybeni müşayiət edəcək yüksək səviyyəli nümayəndə heyətinə Baş nazirin 5 müavini, 14 nazirlə bərabər, Baş Qərargah rəisi və digər hökumət nümayəndələrinin  də daxil olması nəzərdə tutulub.
Liviya Hökumətinin sözçüsü səfər çərçivəsində enerji, səhiyyə və digər sahələrlə bağlı sənədlərin imzalanacağını, iki ölkə arasında bəzi sahələrdə əməkdaşlığı genişləndirməklə bağlı fikir mübadiləsinin aparılacağını nəzərə çatdırıb. Bundan başqa, Liviyadakı böhranla əlaqədar fəaliyyəti dayandırılmış Türkiyə şirkətlərinin yenidən fəaliyyətə başlaması üçün geri dönmələrinin müzakirə ediləcəyini bildirib.
Qeyd edək ki,  BMT-nin təşəbbüsü ilə fevralın 5-də Liviyada 24 dekabr 2021-ci ildə keçirilməsi planlaşdırılan yeni seçkilərə qədər Liviya Siyasi Dialoq Forumunda Prezident Şurasının rəhbərliyinə Məhəmməd əl-Menfi, Milli Birlik Hökümətinin Baş naziri postuna isə Ə. Dibeybe seçilib.
 Ə. Dibeybe vəzifəsinin icrasına başladıqdan sonra bildirib ki, Türkiyə Liviyanın iqtisadi tərəfdaşıdır və bu tərəfdaşlığı dəstəkləyirlər.