• cümə, 26 Aprel, 05:35
  • Baku Bakı 16°C

"Liverpul" yeni rekorda imza atıb

02.12.21 09:30 259
"Liverpul" yeni rekorda imza atıb
İngiltərənin "Liverpul" klubu yeni rekorda imza atıb.
"Report"un məlumatına görə, Mersisayd təmsilçisi buna "Everton"u səfərdə 4:1 hesabı ilə məğlub etdikləri Premyer Liqanın XIV tur oyununda nail olub.
Komanda ardıcıl 18 oyunda ən azı iki qol vuran ilk komanda adına sahib çıxıb. Əvvəlki rekord 1927-ci ildə 17 qarşılaşmada ən azı iki dəfə fərqlənməyi bacaran "Sanderlend"ə məxsusdur.
"Liverpul"un seriyası sentyabrın 12-də "Lids"i 3:0 hesabı ilə məğlub etdikləri matçla başlayıb. Yurgen Kloppun baş məşqçi olduğu kollektiv o vaxtdan rəqib qapılarından 57 top keçirib.
banner

Oxşar Xəbərlər