• cümə, 26 Aprel, 16:27
  • Baku Bakı 23°C

Liditsedə yandırılmış vətəndaşların xatirəsi yad edilib

12.06.21 19:00 251
Liditsedə yandırılmış vətəndaşların xatirəsi yad edilib
1942-ci il iyunun 10-da nasistlər Çexiyanın Liditse kəndinin demək olar ki, bütün əhalisini yandırıblar.
AZƏRTACxəbər verir ki, bu gün Liditsedə nahaqdan qətlə yetirilmiş vətəndaşların xatirəsi yad edilib.
Bu dəhşətli cinayətin 79-cu ildönümünə həsr edilmiş mərasimdə Çexiya hökumətinin başçısı Andrey Babiş, ölkə parlamentinin hər iki palatasının spikerləri və mədəniyyət naziri Lubomir Zauralyok iştirak ediblər.
Xatırladaq ki, faşistlər bu kəndi imperiya protektoru Reynhard Heydrixin həyatına sui-qəsddə yerli sakinlərdən birinin əli olması ehtimalına görə qisas almaq üçün yandırıblar.
Mərasimdə Liditse faciəsinin qurbanlarının ruhuna dua oxunub, kamera kvartetinin ifasında klassik musiqi əsərləri səslənib.
banner

Oxşar Xəbərlər