• şənbə, 27 Aprel, 06:15
  • Baku Bakı 12°C

Liderlər görüşmək barədə razılığa gəldilər - Müharibə sonrası problemlər masa ətrafında həll olunacaq

20.11.21 10:38 293
Liderlər görüşmək barədə razılığa gəldilər - Müharibə sonrası problemlər masa ətrafında həll olunacaq
"Azərbaycan və Ermənistan liderləri dekabrın 15-də Brüsseldə Avropa İttifaqı-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər. Liderlərin görüşməsinə və danışıqlar aparmasına ehtiyac var. İki ölkə müharibədən sonra yerdə qalan problemli məsələləri masa ətrafında həll etməyə çalışmalıdır. Sərhəddəki gərginliyin artırılması nə Azərbaycana, nə də Ermənistana faydalıdır".
Kaspi.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, bizə lazımdır ki, Ermənistanın baş naziri Nikol Paşinyan sərhədlərin müəyyənləşməsiylə bağlı danışıqlara razılaşsın, dəhlizin açılmasını sürətlənsin, sülh sazişinin mətni üzərində iş başlasın: "Bunun üçün müxtəlif səviyyələrdə danışıqlaraın başlaması faydalıdır. Əlbəttə, bir və ya bir neçə görüşdən nəticə çıxamayacaq, ancaq indiki şərtlər altında danışıqların alternativi yoxdur".
Politoloq vurğulayıb ki,Azərbaycan cəmiyyəti İkinci Qarabağ müharibəsində yekdil olub, fərqli yanaşma ortaya qoymayıb: "Çünki söhbət işğal altındakı torpaqlarımızın azad olunmasından gedirdi. Ancaq sərhəddə baş verən son toqquşmalar və itkilərimizlə bağlı cəmiyyət içərisində fərqli baxışlar meydana çıxıb, bunu sosial şəbəkələrdəki müxtəlif statuslardan da hiss etmək olar. "Zəngəzur dəhlizi məsələsində Qarabağın azad olunması qədər israrlı olmamalıyıq” kimi fikirlərlə razılaşmasam da, fərqli fikirləri və bu mövzuda diskussiyaları normal qiymətləndirirəm, 10 milyon azərbaycanlı eyni düşünə bilməz. Zəngəzur dəhlizi və sərhəddəki toqquşmalarla bağlı cəmiyyətdə fikir ixtilafının yaranması o deməkdir ki, bu mövzuların cəmiyyətə daha tutarlı və məntiqli şəkildə izahına ehtiyac var. Hakimiyyət ideoloqları bu barədə düşünməlidirlər".
Alpər TURAN
banner

Oxşar Xəbərlər