cümə, 22 Sentyabr, 08:29

Baku Bakı 20°C

Əli Əsədov rusiyalı həmkarı ilə görüşüb

icon 583 icon 06 oktyabr 2022 | 16:06 Əli Əsədov rusiyalı həmkarı ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyaya işgüzar səfəri çərçivəsində Moskvada həmin ölkənin hökumət sədri Mixail Mişustinlə görüşüb.

Bu barədə "Kaspi"yə Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycan-Rusiya dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.

Moskvada keçirilən 2-ci Xəzər İqtisadi Forumunun əhəmiyyəti vurğulanıb.

Həmçinin, ikitərəfli gündəliyin bir sıra praktiki məsələləri, o cümlədən iqtisadi-ticari, nəqliyyat, energetika və humanitar sahələrə aid məsələlər nəzərdən keçirilib.