Leonun 2025-ci ildə necə oynayacağını təsəvvür edir
"Barselona”nın
prezidenti Xosep Mariya Bartomeu Lionel Messi barədə danışıb.
Kaspi.az
xəbər verir ki, prezident Leo ilə danışıqlar apardıqlarını bildirib. O,
argentinalı futbolçunun karyerasını "Barselona”da bitirmək istədiyini də
vurğulayıb:
"Biz
Messi ilə danışıq aparmışıq, aparırıq və bundan sonra da aparacağıq. O,
karyerasını burda bitirmək istəyir.
Onunla
danışığı mütləq bərpa edəcəyik və əminəm ki, Messi burda qalacaq. Messi hər il bizə yeni nəsə göstərir. Leonun
2025-ci ildə necə oynayacağını da asanlıqla təsəvvür edirəm”.
33 yaşlı
Messinin "Barselona” ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.