çərşənbə, 25 May, 19:17

Baku Bakı 19°C

Leonid Slutski: "İlham Əliyev ölkələri beynəlxalq öhdəlikləri yerinə yetirməyə məcbur etdi"

icon 157 icon 28 yanvar 2022 | 15:45 Leonid Slutski: "İlham Əliyev ölkələri beynəlxalq öhdəlikləri yerinə yetirməyə məcbur etdi"

"AŞPA-da Azərbaycana açıq-aşkar birtərəfli yanaşma görürəm".
"Report"un Fransa bürosu xəbər verir ki, bunu Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Leonid Slutski qurumun qış sessiyasında monitorinq prosedurlarına həsr edilmiş qətnamə layihəsinin müzakirəsi zamanı bildirib.
"Mən bu mətnin Azərbaycana dair hissəsində açıq-aşkar birtərəfli yanaşma görürəm. Qətnamə layihəsinin Qarabağ məsələsinə həsr edilmiş üçüncü paraqrafı reallığı əks etdirmir. AŞPA-da qəbul olunan qərarlar ölkələri iki qütbə parçalamamalıdır. Rusiya Prezidenti Vladimir Putin Qarabağ mübaqişəsinin həllində aktiv iştirak edib. Mən Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edirəm. Çünki o, ölkələri beynəlxalq öhdəlikləri yerinə yetirməyə məcbur edə bilib. Buradakı bütün üzv dövlətlər Avropa Şurası qarşısında üzərlərinə götürdükləri və digər beynəlxalq öhdəlikləri yerinə yetirməlidirlər", - o deyib.