• çərşənbə, 24 Aprel, 23:00
  • Baku Bakı 23°C

Lənkəranda iki maşın toqquşdu: 1 ölü

04.06.14 15:58 998
Lənkəranda iki maşın toqquşdu: 1 ölü
Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Milli.Az CTV-yə istinadən xəbər verir ki, hadisə iyunun 4-də səhər saatlarında Lənkəran-Lerik şossesinin 19-cu kilometrliyində, rayonun Təngivan kəndindən keçən hissəsində qeydə alınıb.
Lerikin Piran kənd sakini, 43 yaşlı Qafur Abutalıb oğlu Alxasovun idarə etdiyi “Niva” markalı, 10 LM 856 dövlət nömrə nişanlı avtomobil Lənkəranın Şağlakücə kənd sakini, 32 yaşlı Rafiq Rafil oğlu İsmayılovun idarə etdiyi “VAZ-2106” markalı, 10 LX 086 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Güclü zərbə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan “Niva”nın sürücüsü hadisə yerindəcə dünyasını dəyişib. İlkin versiya kimi hadisənin “VAZ-2106” markalı avtomobilin hərəkətdə olarkən qəfildən idarəetməni itirərərək qarşıdan gələn “Niva”nın qarşısına çıxmaqla onunla toqquşması səbəbindən baş verdiyi bildirilir. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
banner

Oxşar Xəbərlər