• cümə axşamı, 25 aprel, 15:11
  • Baku Bakı 23°C

"Legiya"nın futbolçusu Mahir Emrelinin döyüldüyü hadisə barədə danışıb

31.12.21 12:25 259
"Legiya"nın futbolçusu Mahir Emrelinin döyüldüyü hadisə barədə danışıb
Polşanın "Legiya" klubunun futbolçusu İqor Xaratin azarkeşlərin hücumuna məruz qaldıqları hadisə barədə danışıb.
"Report"un məlumatına görə, ukraynalı yarımmüdafiəçi dekabrın 12-də Plotskda "Visla"ya 0:1 hesabı ilə uduzduqları görüşdən qayıdarkən Varşavadakı təlim-məşq bazası önündə 20-30 fanatın avtobusu saxlatdıqlarını xatırlayıb.
Xaratin həmin tərəfdarların növbə ilə avtobusda oturmağa başladıqlarını söyləyib: "Bilirdik ki, vəziyyət ağır olacaq. Amma bunu heç kim gözləmirdi".
Həmin vaxt özünü girov kimi hiss etdiyini deyən Xaratin əlavə edib ki, belə situasiyada özünü necə aparmağı bilməyib: "Avtobusa girən ilk şəxs qışqırmağa başladı. Dərhal onunla birgə maskalı oğlanlar içəri daxil oldular. Onlar yavaş-yavaş hərəkət edərək, bağırmağa başladılar. Hansısa anda hamı dayandı. Düşündüm ki, indi xoşagəlməz hadisə olacaq. Nəticədə iki komanda yoldaşımız xəsarət aldı".
Qeyd edək ki, azarkeşlərin hücumundan zərər çəkən futbolçuların biri Azərbaycan millisinin hücumçusu Mahir Emreli, digəri isə braziliyalı forvard Lukinyas olub.
banner

Oxşar Xəbərlər