• cümə, 29 Mart, 08:40
  • Baku Bakı 5°C

Layihə meneceri: TAP təbii qaz qiymətlərinə müsbət təsir göstərə bilər

11.12.18 20:47 549
Layihə meneceri: TAP təbii qaz qiymətlərinə müsbət təsir göstərə bilər
Transadriatik qaz kəməri (TAP) təbii qaz qiymətlərinə müsbət təsir göstərə bilər.
Trend-in məlumatına görə, bunu TAP-ın Albaniyadakı meneceri Mikele Elia deyib.
O bildirib ki, 4,5 milyard avro ümumi dəyəri olan TAP dünyanın ən vacib infrastruktur layihələrindən biridir.
M.Eilanın sözlərinə görə, TAP layihəsinin 80 faizdən çoxu reallaşdırılıb və bu layihə keçdiyi ölkələrdə yeni iş yerlərinin yaradılmasını və investisiyaların cəlb olunmasını təmin edib.
O əlavə edib ki, dövlət maliyyələşməsi tələb edən və ətraf mühitə təsir göstərən digər iri infrastruktur layihələrindən fərqli olaraq TAP yalnız özəl kapitalla maliyyələşir və demək olar ki, gözə görünmür:
"TAP həmçinin qiymətlərə də müsbət təsir göstərə bilər. Bu, iqtisadiyyatın sadə qanunudur: əgər bazarda bir satıcı varsa, qiymətləri o təyin edir. Amma bazarda digər satıcı peyda olsa və rəqabətqabiliyyətli qiymət təklif etsə, bu istehlakçı üçün yaxşıdır”.
banner

Oxşar Xəbərlər