AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Lavrov Xəzər danışıqları ilə bağlı mühüm irəliləyişdən xəbər verdi

Lavrov Xəzər danışıqları ilə bağlı mühüm irəliləyişdən xəbər verdi

Siyasət
29 Avqust 2014, 15:08 868
"Biz qonşular Xəzəryanı dövlətlərin maraqları çərçivəsində Xəzərin sülh və sabitlik ərazisi olmasında maraqlıyıq".

APA-nın verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birlikdə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, iranlı həmkarı ilə görüşdə Xəzərin hüquqi statusu ilə bağlı məsələ də müzakirə olunub: "Həştərxanda keçiriləcək IV Xəzər sammitinə hazırlıq barədə danışdıq. Sammitə hazırlıq çox yüksək səviyyədə gedir. Dünən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzərin hüquqi statusuna dair xüsusi işçi qrupunun 38-ci iclasında sammitin yekun sənədlərinin razılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunub".