Lavrov Qarabağ danışıqları formatının dəyişdirilməsi ilə bağlı təkliflərdən danışıb
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar formatının dəyişdirilməsinə dair təkliflər Moskvada keçirilən görüşdə müzakirə olunub.
APA-Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov "Kommersant" qəzetinə müsahibəsində bildirib.
"Moskva Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan-Türkiyə, Ermənistan-Rusiya, 2+2 formatı yaradılması təklifinə necə baxır?” sualına Rusiya XİN başçısı belə cavab verib: "Danışıqlar formatı ilə bağlı çoxlu təkliflər var, o cümlədən formatın genişləndirilməsi, dəyişdirilməsi və s. ilə bağlı. Bu mövzu, xüsusi ilə bir müddət əvvəl Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə müzakirə olunub. Biz bütün tərəfdaşlarla işləməyin tərəfdarıyıq, o cümlədən tərəflərin qonşuları ilə işləməyin tərəfdarıyıq”.