• cümə, 29 Mart, 02:37
  • Baku Bakı 7°C

Lavrov: “ABŞ-ın son addımına reaksiya verəcəyik”

01.09.17 16:30 732
Lavrov: “ABŞ-ın son addımına reaksiya verəcəyik”
Moskva ABŞ-ın San-Fransisko şəhərindəki Rusiya Baş Konsulluğunun bu ölkənin qərarı ilə bağlanmasına reaksiya verəcək.
APA-nın "RİA Novosti”yə istinadən yaydığı məlumata görə, bunu Rusiyanın xarici işlər naziriSergey Lavrovdeyib. "Biz bu barədə ətraflı notanı dünən almışıq, bununla məşğuluq. Təhlili başa çatdırdıqdan sonra reaksiya verəcəyik”, - deyə nazir Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışında bildirib.
Xatırladaq ki, avqustun 31-də ABŞ Dövlət Departamenti ölkədəki Rusiya diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı yeni məhdudiyyətlər elan edib. Buna əsasən sentyabrın 2-nə qədər San-Fransiskodakı Rusiya Baş Konsulluğu, eləcə də Vaşinqton və Nyu Yorkdakı konsulluq obyektləri bağlanmalıdır.
banner

Oxşar Xəbərlər