• cümə axşamı, 28 mart, 19:49
  • Baku Bakı 13°C

Latviyada yenidən yay vaxtı tətbiq ediləcək

25.03.19 13:15 541
Latviyada yenidən yay vaxtı tətbiq ediləcək
Latviyada martın 31-də yay vaxtına keçilməsi barədə qərar qəbul edilib.
AZƏRTAC xəbər verir ki, Latviyanın İqtisadiyyat Nazirliyi yay və qış vaxtına keçilməsi məsələsində qəti qərar qəbul edə bilmir. Çünki Avropa İttifaqı da bu barədə dəqiq nəticəyə gəlməyib. Tikinti sahəsində çalışan insanlar, habelə ölkəyə gələn turistlər Latviyanın birdəfəlik yay vaxtında qalmasını tələb edirlər. Çünki xüsusən payız və qış aylarında hava sürətlə qaralır. Həmçinin aparılan sorğular deməyə əsas verir ki, saatların ildə iki dəfə çəkilməsi insanların iş qabiliyyətinə və sağlamlığına mənfi təsir edir.
Latviya hökuməti ölkədə birdəfəlik yay vaxtının tətbiq olunmasının tərəfdarıdır. Litva və Estoniya da yay vaxtının tətbiq edilməsində maraqlıdır.
banner

Oxşar Xəbərlər