Latviya turistlər üçün əvvəlki kimi cəlbedici deyil

Latviya turistlər üçün əvvəlki kimi cəlbedici deyil

Təfsilat
26 İyun 2019, 16:45 238
Keçmiş sovet respublikalarından olan turistlər istirahət üçün Latviyanı əvvəlki kimi həvəslə seçmirlər. Buna səbəb ölkənin avroya keçməsindən sonra qiymətlərin sürətlə artmasıdır.
AZƏRTAC xəbər verir ki, Latviyanın turizm baxımından əsas gəlir mənbəyi olan rusiyalı turistlər indi daha çox Türkiyə və Macarıstana üz tuturlar. Lakin Latviya hələlik ilk onluqda qalır. Siyahıda, həmçinin Yunanıstan, Gürcüstan, Çexiya, Azərbaycan və Bolqarıstan var.
Bu il ən bahalı istiqamətlər isə Yamayka, İsveçrə, Seyşel adaları və Mavrikidir.