• cümə axşamı, 18 aprel, 14:28
  • Baku Bakı 22°C

Latviya ilin birinci rübündə 460 min turisti qəbul edib

16.05.19 11:00 446
Latviya ilin birinci rübündə 460 min turisti qəbul edib
Latviya daha çox Rusiya, Litva və Estoniyadan gələn turistlər üçün maraqlıdır.
AZƏRTACxəbər verir ki, bu barədə ölkənin Statistika Komitəsi rəsmi məlumat paylaşıb.
Məlumata əsasən, bu ilin birinci rübündə ölkəyə 460 min turist gəlib. Onların ölkədə olma müddəti əsasən iki gecədir.
Bu ölkəni daha çox şimal xalqları seçir. Bunların arasında Finlandiya, Böyük Britaniya və İslandiya vətəndaşları çoxluq təşkil edirlər.
Azərbaycan ilə Latviya arasında da yay ayları üçün turist sayı ötən mövsümdə əhəmiyyətli dərəcədə artıb. Buna təkan verən əsas amil Bakı-Riqa marşrutu üzrə birbaşa aviareysin açılması və viza rejiminin sadələşdirilməsi olub. Turistlər gəzmək üçün əsasən Riqa, Yurmala, Liepai şəhərlərini seçirlər.
banner

Oxşar Xəbərlər