• çərşənbə axşamı, 23 aprel, 14:40
  • Baku Bakı 24°C

Latviya hökuməti İstanbul konvensiyasını imzalamadığı üçün tənqid olunub

14.09.19 15:00 520
Latviya hökuməti İstanbul konvensiyasını imzalamadığı üçün tənqid olunub
Latviya indiyədək Avropa Birliyinin qadın zorakılığına qarşı qəbul etdiyi İstanbul konvensiyasını ratifikasiya etməyib.
AZƏRTACxəbər verir ki, BMT-nin qadın diskriminasiyası və məişət zorakılığı üzrə komitəsinin nümayəndəsi Ana Pelas Narvaes bu məsələyə göstərdiyi münasibətə görə Latviya hökumətini tənqid edib.
Sözügedən konvensiyanın Latviyada qəbulu əlil qadınlar da daxil olmaqla bütün qadınların haqlarının qorunması istiqamətində atılacaq ciddi addım olardı. P. Narvaes bildirib ki, ölkədə qadın haqları yetərincə qorunmur. Onun sözlərinə görə, Latviyada fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da əlil qadınların dövlət strukturlarında çalışmasına yönəlmiş təşviqat aparmırlar.
banner

Oxşar Xəbərlər