• cümə axşamı, 28 mart, 19:41
  • Baku Bakı 13°C

Laçınlı məcburi köçkünlər 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad ediblər

20.01.19 17:00 572
Laçınlı məcburi köçkünlər 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad ediblər
Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşmış laçınlı məcburi köçkünlər tərəfindən də yad edilib.
AZƏRTACxəbər verir ki, faciənin 29-cu ildönümü ilə əlaqədar təstiq edilmiş tədbirlər planına uyğun olaraq rayonun idarə, müəssisə və təşkilatlarında anım tədbirləri keçirilib, Taxtakörpü qəsəbəsində "Şəhidlərin xatirə kompleksi” ətrafında təmizlik və abadlıq işləri aparılıb.
Yanvarın 20-də rayon ictimaiyyəti, ağsaqqallar, gənclər, ziyalılar, əmək kollektivlərinin nümayəndələri Taxtakörpü qəsəbəsində şəhidlərinin xatirəsinə ucaldılmış abidənin qarşısında şəhidlərin ölməz xatirəsinə ehtiramlarını bildirib, önünə gül-çiçək düzüblər. Mərasimdə "20 Yanvar faciəsi rayon məktəblilərinin gözü ilə” adlı rəsm əsərlərindən ibarət şagirdlərin əl işləri nümayiş olunub.
20 Yanvar faciəsinin ildönümü münasibətilə qəsəbədə dövlət bayraqları endirilib, gün ərzində matəm musiqisi səsləndirilib, saat 12:00-da rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları ərazilərdə şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilib və avtomobillərdən səs siqnallarının verilib.

banner

Oxşar Xəbərlər