• cümə axşamı, 25 aprel, 04:57
  • Baku Bakı 19°C

“Laçın” Ticarət Mərkəzinin sahibinin oğlunun məhkəməsi başlayıb

22.03.19 17:15 788
“Laçın” Ticarət Mərkəzinin sahibinin oğlunun məhkəməsi başlayıb
Xətai Rayon Məhkəməsində piyadanı avtomobillə vuraraq öldürməkdə təqsirləndirilənSunay Vəliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, hakimİbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclasıaprelin 3-nətəyin edilib.
Qeyd edək ki, hadisə bu il fevralın 9-da Bakının Xətai rayonu, Zığ yolu küçəsində baş verib. 1980-ci il təvəllüdlü S.Vəliyev idarə etdiyi "Mercedes-Benz GLS” markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada, 1969-cu il təvəllüdlüMüşfiq Əliyevi vuraraq öldürüb. Daha sonra S.Vəliyev hadisə yerindən qaçıb.
Faktla bağlı rayon polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin263.2(yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.Hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Xatırladaq ki, S.Vəliyev "Laçın” Ticarət Mərkəzinin sahibi Məsud Vəliyevin oğludur. M.Vəliyev 2015-ci ildə dünyasını dəyişib. M.Vəliyevin vəfatından sonra onun biznesinə oğlu rəhbərlik edir.
banner

Oxşar Xəbərlər