AZE | RUS | ENG |

KXDR nəhəng buraxıcı qurğunun uğurlu sınağını keçirib

KXDR nəhəng buraxıcı qurğunun uğurlu sınağını keçirib
KXDR bir neçə raketi buraxmağa qadir olan nəhəng buraxıcı qurğunu uğurla sınaqdan keçirdiyini bildirib.
 
AZƏRTAC xəbər verir ki, Yonhap agentliyinin Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadla yaydığı məlumata görə, sınağa Kim Çen In rəhbərlik edib. Test buraxılışı sistemin bütün taktiki və texnoloji xarakteristikasının verilmiş meyarlara çatdığını göstərib.
 
Xatırladaq ki, şənbə günü səhər Şimali Koreya Yapon dənizi istiqamətində yaxın mənzilli ballistik raket olduğu ehtimal edilən iki buraxılış həyata keçirib. Raketlər 380 kilometr məsafə qət edib, uçuş hündürlüyü isə maksimal nöqtədə 97 kilometrə çatıb.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8825
GEL 1 1 Gürcüstan larisi 0.5737
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1197
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1768
CHF 1 1 İsveçrə frankı 1.72
KWD 1 1 Küveyt dinarı 5.5941
TRY 1 1 Türkiyə lirəsi 0.2964