• şənbə, 20 Aprel, 16:20
  • Baku Bakı 23°C

KXDR düşmənlərinə meydan oxudu

15.12.19 09:20 528
KXDR düşmənlərinə meydan oxudu
Koreya Xalq Demokratik Respublikası (KXDR) bu yaxınlarda keçirdiyi müdafiə texnologiyalarının sınaqlarının nəticələrindən ABŞ-ın nüvə təhdidlərinə qarşı istifadə edəcək.
"Report"KXDR-in Mərkəzi Teleqraf Agentliyinə istinadənxəbər verir ki, bu barədə Koreya Xalq Ordusunun Baş qərargah rəisi Pak Çon Çxon bildirib.
"Qiymətli məlumatlar, texnologiyalar və bu yaxınlardakı müdafiə sınaqlarının nəticələri yeni strateji silahlanmanın yaradılması üçün tətbiq ediləcək və ABŞ-ın nüvə təhlükələrini rədd etməyə etibarlıdır", - o bildirib.
Agentliyin məlumatına görə, Pak Çon Çxon həmçinin qeyd edib ki, rəsmi Pxenyan düşmən qüvvələrin istənilən siyasi və hərbi təxribatlarına cavab verməyə hazırdır.
Daha əvvəl Koreya Xalq Demokratik Respublikası hakimiyyəti Sohe poliqonunda növbəti sınaqlar keçirib. Agentlik məlumat verib ki, sınaqlar "son dərəcə əhəmiyyətli" xarakteri daşıyıb, ancaq təfərrüatlar açıqlanmayıb.
banner

Oxşar Xəbərlər