• cümə axşamı, 28 mart, 14:06
  • Baku Bakı 16°C

Kürdlər İraqın tələbi ilə Kərkük yaxınlığındakı keçidi boşaltmaqdan imtina edib

15.10.17 12:30 1801
Kürdlər İraqın tələbi ilə Kərkük yaxınlığındakı keçidi boşaltmaqdan imtina edib
"Peşmərgə” kürd silahlı dəstələri Bağdadın Kərkük yaxınlığında keçidin boşaldılmasına dair tələbini icra etməkdən imtina edib.APA-nın "Reuters”ə istinadən verdiyi xəbərə görə, rəsmi Bağdad "peşmərgə” qüvvələrindən saat 00.00-dək (Bakı vaxtı ilə 02.00-dək) "Məktəb Xalid” keçidindəki mövqeləri boşaltmağı tələb etmişdi.
Həmin mövqelər aviabaza və bir neçə neft yataqlarını nəzarətdə saxlamağa imkan verir.
Hazırda Kərkük kürdlərin nəzarətindədir.
Qeyd edək ki,İraqparlamentinin spikeri Səlim əl Caburi kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani ilə danışıqlar aparmaq üçün Ərbilə gedib.
Xatırladaq ki, sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Seçicilərin 92 faizindən çoxu kürd muxtariyyətinin İraqdan ayrılmasını dəstəkləyib.
Rəsmi Bağdad referendumu qeyri-legitim elan edib.
banner

Oxşar Xəbərlər