• cümə axşamı, 28 mart, 21:04
  • Baku Bakı 13°C

Küləkli hava ilə bağlı sürücü və sərnişinlərə XƏBƏRDARLIQ

21.09.19 13:07 438
Küləkli hava ilə bağlı sürücü və sərnişinlərə XƏBƏRDARLIQ
Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar sərnişinlərə xəbərdarlıq edib.
Agentlikdən Trend-ə verilən məlumata görə, qurum bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edib: "Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir".
Sürücülərə tövsiyə edilir ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər: "Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib. Hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə zəng etmənizi xahiş edirik".
banner

Oxşar Xəbərlər