• cümə, 19 Aprel, 18:00
  • Baku Bakı 24°C

“Kuboku qazanmaq rekorddan önəmlidir“ - Ronaldo

30.04.14 12:42 1211
“Kuboku qazanmaq rekorddan önəmlidir“ - Ronaldo
"Real" (Madrid) klubunun futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının yarımfinalında "Bavariya"ya 4:0 hesabı ilə qalib gəldikləri cavab qarşılaşmasından sonra fikirlərini bildirib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu finala yüksəlməyə layiq olduqlarını deyib:
"Birinci hissədə üç qol vurmağımız bizim üçün çox yaxşı oldu. Qarşılaşmanın çətin keçəcəyini bilirdik, ancaq ilk hissədə istədiyimiz nəticəni əldə etdik. Üç mövsümdür ard-arda yarımfinalda mübarizəni dayandırırdıq. Bu dəfə finalda oynamağa layiqik".
Ronaldo onu da qeyd edib ki, Çempionlar Liqasında rekord qıraraq bir mövsümdə ən çox qol vuran futbolçu olduğu üçün çox xoşbəxtdir: "Beylin möhtəşəm ötürməsini qola çevirdim. Rekord qırdığım üçün xoşbəxtəm, ancaq mənim üçün daha önəmli olan ÇL-in kubokunu qazanmaqdır. Final mənim ölkəmdə olacaq. Çempionlar Liqasını qazanmaq istəyirəm".
banner

Oxşar Xəbərlər