AZE | RUS | ENG |

Kriptovalyuta Azərbaycan bazarına gedən yolda

Kriptovalyuta Azərbaycan bazarına gedən yolda
Kamran Qasımov
Bank analitiki

 
Bir zamanlar, kriptovalyuta barəsində az adam bilirdi. Lakin son 3-4 il ərzində vəziyyət kəskin dəyişdi. Bu gün kriptovalyuta dünya maliyyə bazarının əsas trendidir və onun barəsində xəbərlər dünya mətbuatının əsas gündəmindədir. İqtisadi analitiklərin kriptovalyutanın sərfəli investisiya olub-olmaması barəsində fikirləri çox fərqlənir. Onlardan bəziləri hesab edirlər ki, bu gec ya tez dağılacaq sabunlu qabarcıqdır və hətta onu mövcud maliyyə sistemi üçün təhlükə hesab edərək, bütün dünya iqtisadiyyatını dağıda biləcəyini düşünürlər. Digərləri əmin edirlər ki, kriptovalyutanın parlaq gələcəyi vardır və onun qiymətinin artacağını gözləyirlər.
Həqiqətən də, kriptovalyuta barəsində narahatlıq yaradacaq bir çox suallar vardır. Heç bir təşkilat və ya dövlət kriptovalyutaya nəzarət etmir və onun hərəkətini izləmək mümkün deyildir. Bu, hamı üçün sərbəst girişi olan müstəqil bir sistemdir. Buna görə də bəzi dövlətlər ehtiyat edirlər ki, kriptovalyutadan çirkli pulların yuyulması və terror təşkilatlarına vəsaitlərin köçürülməsi üçün istifadə oluna bilər. Bəzi dövlətlər, misal üçün Çin və Vyetnam ona qadağa qoymağa üstünlük veriblər. Lakin mən düşünürəm ki, zaman keçdikcə bu problemin həlli tapılacaq.
Bundan başqa, kriptovalyutanın kursuna təsir göstərəcək aşkar amillər yoxdur. Bu bazar iri oyunçuların spekulysiyasından çox asılıdır. Misal üçün, bəzi ekspertlər deyirlər ki, hazırda dünyada ən məşhur ikinci kriptovalyuta olan Ripple valyutasının yaradıcısı onun böyük bir paketini özündə saxlayır və iri məbləğlər alan və ya satan zaman bunun kursa güclü təsiri olur. Bundan başqa, kütləvi informasiya vasitələrinin yaydığı istənilən xəbər və ya şayiə kriptovalyutanın qiymətinin enməsinə və ya qalxmasına səbəb ola bilər.
Halbuki, hazırda kriptovalyutanın bahalaşması müşahidə olunur. Misal üçün, 2017-ci ildə bitkoin təxminən 17 dəfə bahalaşmışdı və bu tendensiyanın ən azı növbəti 5-10 il ərzində davam edəcəyini gözləyirəm. Nəticə etibarı ilə, çox güman ki, kriptovalyutaya olan tələbat artmaqda davam edəcək.
Azərbaycan da kriptomaniyadan kənarda qalmayıb. Artıq kriptovalyutaya investisiyanın yatırılmasında maraqlı olan fiziki şəxslər tərəfindən banklara sorğular daxil olur.
Halbuki, belə bir əməliyyat üçün yerli platforma hələ də yoxdur və müvafiq olaraq dövlətdə kriptovalyutanın nə qədər populyar olması barəsində statistika da oxdur. Hazırda azərbaycanlı treyderlər yalnız vasitəçi-xarici saytlar vasitəslə kriptovalyutalar əldə edə bilirlər ki, bunun da müəyyən riskləri vardır, belə ki, real pullar qoyulur, lakin bu saytlardan zəmanət verilmir. Köçürmədə hər hansı problem yaranan zaman, onu həll etmək çox çətin olacaq.
Lakin çox tezliklə vəziyyət dəyişəcək. Hazırda mən MuganBankda kriptovalyutaların alqı-satqısı üçün xüsusi platformanın qurulması üzərində çalışan bank mütəxəssislərindən ibarət bir komandaya rəhbərlik edirəm. Biz bu yaxınlarda bu platformanı işə salmağı planlaşdırırıq. Bu, Azərbaycanda ilk kriptovalyuta birjası olacaq və bütün arzu edənlər giriş əldə edəcəklər. Birinci mərhələdə ən məşhur kriptovalyutalar ilə ticarətin təşkili planlaşdırılır, sonra isə tələbat artdıqca yenilərini əlavə edəcəyik. İstənilən digər valyutalar və ya bahalı metallar kimi kriptovalyutanın da ticarəti manat, dollar, avro və s. ilə aparılacaq. Kriptovalyutaların alış-verişi birjadakı istənilən digər alış-veriş ilə eyni sxem üzrə aparılacaq – yerli investorlar üçün sadə olacaq və hər hansı problem yaranan zaman onlar birbaşa olaraq bankla əlaqə yarada biləcəklər. Bundan başqa, bizim maliyyə mütəxəssislərimiz kriptovalyuta ilə bağlı konsultasiyalar aparmağa və bu investisiyaların mənfi və müsbət tərəflərini, risklərini izah etməyə hazır olacaqlar.
MuganBankda kriptovalyutaların alış-verişi blokçeyn texnologiyasından istifadə etməklə həyata keçiriləcək. Bu tamamilə yeni texnologiyadır ki, bütün kriptovalyutaların işlənib hazırlanması üçün bundan istifadə olunub və hətta texniki baxımdan Azərbaycana nisbətən daha çox inkişaf etmiş bir çox dövlətlər hələ o qədər bu texnologiya ilə yaxşı tanış deyillər. Blokçeyn sistemi kiberhücumlara qarşı tamamilə qorunub. O, təxminən beş il əvvəl yaradılıb və bu müddət ərzində bir neçə dəfə haker hücumuna məruz qalıb, lakin bütün cəhdlər uğursuz olub. Bu gün blokçeyn - ən təhlükəsiz sistemdir. İndi dünyada böyük banklar və korporasiyalar bu sistemi sınaqdan keçirir və test rejimində tətbiq edirlər və onlardan bir çoxunda artıq bu sistem barəsində müsbət rəylər yaranıb.
Blokçeyn sisteminin Azərbaycanda tətbiqi Richmond Group şirkətinin təşəbbüsü ilə başlanıb. Bu texnologiyadan istifadə dövlətin bank sistemini tamamilə dəyişəcək. Blokçeyndən eyni zamanda, iqtisadiyyatın digər sahələrində, habelə – misal üçün, sənədlərin qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi, seçkilər zamanı da istifadə etmək mümkündür. Onu ASAN Xidmətdə və elektron hökumət sistemlərində asanlıqla tətbiq etmək olar. Biz hesab edirik ki, bank sistemi tərəfindən qəbul edildikdən sonra Azərbaycanda bu, blokçeyn texnologiyasının tətbiqinin ikinci mərhələsi ola bilər. Hazırda Richmond Group blokçeynin ölkədə inkişaf etdirmək və yerli banklar və hökumət strukturları üçün bu sistemin tətbiqinə dair təkliflər paketinin hazırlanmasını planlaşdırır. Mənim fikrimcə, bu, çox böyük perspektivlərə malik olan gələcəyin texnologiyasıdır.
 
Kamran Qasımov MuganBankda idarə heyəti sədrinin müşaviri və bank məhsullarının yaradılması və satış kanallarının inkişafı üzrə direktordur. O, eyni zamanda Accounting and Tax Resources şirkətinin həmtəsisçisi və inkişaf üzrə direktoru və Richmond Group şirkətinin təsisçisi və direktorudur.
 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8829
GEL 1 1 Gürcüstan larisi 0.573
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1791
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1738
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.5993
TRY 1 1 Türkiyə lirəsi 0.289