• çərşənbə axşamı, 16 aprel, 20:10
  • Baku Bakı 18°C

Krımla əlaqədar bir Azərbaycan vətəndaşının Ukraynaya girişinə qadağa qoyulub

21.05.17 14:21 907
Krımla əlaqədar bir Azərbaycan vətəndaşının Ukraynaya girişinə qadağa qoyulub
Ukrayna Krıma qanunsuz səfərlə əlaqədar Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Azərbaycanın vətəndaşı olan 9 nəfərin 3 il ərzində ölkəyə girişinə qadağa qoyub.
APA-nın məlumatına görə, bu barədə bu gün UkraynaDövlət Sərhəd Xidmətiməlumat yayıb.
Məlumatda bildirilir ki, Beredyan sərhəd dəstəsi sərhəd nəzarəti zamanı üzə çıxarıb ki, Özbəkistanın 6, Qazaxıstanın 1, Qırğızıstanın 1 və Azərbaycanın 1 vətəndaşı Krıma fəaliyyətini dayandırmış sərhəd-keçid məntəqəsindən daxil olub, Krıma səfərlə bağlı xüsusi icazəyə malik olmayıblar. Həmin şəxslər sərhədi "Çonqar” sərhəd-keçid məntəqəsindən keçməyə cəhd edərkən saxlanılıblar.
banner

Oxşar Xəbərlər