• cümə, 19 Aprel, 13:24
  • Baku Bakı 25°C

"Kreml Ukraynada darmadağın edilmiş elit hissələrin bərpası üçün çağırışçılardan istifadə edir"

29.09.22 09:30 652
"Kreml Ukraynada darmadağın edilmiş elit hissələrin bərpası üçün çağırışçılardan istifadə edir"

Kreml Rusiya ordusunun müxtəlif hissələrinin, o cümlədən Ukraynada darmadağın edilmiş ən elitar hissələrinin qalıqlarını gücləndirmək üçün yenicə səfərbər edilmiş rusiyalıları göndərməkdə davam edir.

“Report” xəbər verir ki, bu qənaətə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun (MAİ) təhlilçiləri gəlib. Analitiklər qeyd ediblər ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, yeni əsgərlər 1-ci tank alayının, 2-ci motoatıcı diviziyasının və 1-ci qvardiya tank ordusunun hissələrini gücləndirmək üçün təlim keçmədən gəliblər: “1-ci qvardiya tank ordusu fevralın 24-dək Rusiyanın əsas mexanikləşdirilmiş qüvvəsi hesab olunurdu və onun ünsürlərinin zəif nizam-intizamlı, hazırlıqsız insanlar tərəfindən gücləndirilməsi o deməkdir ki, Rusiya Federasiyasının ən elit bölmələri belə Ukraynada xeyli itki verib və buna görə də getdikcə deqradasiyaya uğrayır”.

MAİ əmindir ki, Rusiya ordusunun bu hissələrinə yenicə səfərbər edilmiş əsgərlərin qoşulması çətin ki onların döyüş qabiliyyəti töhfə verəcək. Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski sonuncu videomüraciətində cəbhədəki vəziyyəti şərh edərkən yaşamaq istəyən rusiyalılara qaçmağı tövsiyə edib.

banner

Oxşar Xəbərlər