Kredit almaq istəyən tələbələr üçün yeni şans

Fevralın 1-dən"Maarifçi” Tələbə Kredit Fondutəhsil krediti almaq istəyən tələbələr üçün növbəti elan sessiyasına start verir.
Təhsil NazirliyindənLent.az-a verilən məlumata görə, bu elan 2016-2017-ci tədris ili üzrə təhsil alan və aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub.
Kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər. Belə ki, fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər.
Təhsil kreditlərinin növləri və şərtləri, seçim meyarları və müraciət forması ilə bağlı ətraflı məlumat fondun rəsmi saytındahttp://maarifci.az)qeyd olunub.
Bildirək ki, müraciətlər martın 15-dək davam edəcək.