AZE | RUS | ENG |

Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu və proqnozu
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası mayın 16-na olan kosmik hava durumunu açıqlayıb. Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, Günəş fəallığı aşağı səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli fon səviyyəsində stabil qalıb. Geomaqnit sahə son 24 saat ərzində çox sakit olsa da, fasilələrdə kiçik həyəcanlaşmalar qeydə alınıb. Günəş fəallığı mayın 16-dan 18-dək çox aşağı səviyyədə qalacaq. 2 MeV-dən çox enerjili elektron selinin yüksək səviyyədə qalacağı proqnozlaşdırılır. Mayın 18-də CME təsirinin azalacağı, Günəş küləyinin fon rejiminə geri dönəcəyi gözlənilir. Proqnoz dövründə ilk iki gün (mayın 16 və 17-də) geomaqnit sahədə həyəcanlaşmaların artacağı, G1 səviyyəli, bəzən isə G2 səviyyəli qasırğalar olacağı proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı mayın 16-da 35 faiz, 17-də 30 faiz qiymətləndirilir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8952
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1496
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.6853
KWD 1 1 Küveyt dinarı 5.5846
TRY 1 1 Türkiyə lirəsi 0.2775