• cümə axşamı, 28 mart, 13:14
  • Baku Bakı 16°C

Korrupsiya cinayətlərinin statistikası açıqlandı

08.03.19 16:30 1298
Korrupsiya cinayətlərinin statistikası açıqlandı
2018-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 436 şəxs barəsində 290 cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Trend-in məlumatına görə, istintaqı tamamlanmış həmin işlərdən 431 şəxs barəsində 278 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib, 12 cinayət işi üzrə icraata isə cinayət təqibini istisna edən hallara görə xitam verilib.
Məhkəmələrə göndərilmiş 431 şəxs barəsində 278 cinayət işindən 121 şəxs barəsində 68 iş mənimsəmə və israf etmə, 86 şəxs baçrəsində 55 iş dələduzluq, 33 şəxs barəsində 21 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 23 şəxs barəsində 13 iş rüşvət alma, 46 şəxs barəsində 36 iş rüşvət vermə və şəxsi rüşvət verməyə təhrik etmə, qalanları digər faktlarla əlaqədar olub.
banner

Oxşar Xəbərlər