• cümə axşamı, 28 mart, 17:42
  • Baku Bakı 16°C

Koronovirus pandemiyasının ikinci dalğasının bu ilin noyabr-dekabr aylarında başlanacağı ehtimal edilir

05.07.20 18:00 648
Koronovirus pandemiyasının ikinci dalğasının bu ilin noyabr-dekabr aylarında başlanacağı ehtimal edilir
Koronovirus pandemiyasının ikinci dalğasının bu ilin noyabr-dekabr aylarında baş verəcəyi ehtimal olunur.
AZƏRTACxəbər verir ki, bu fikri israilli professor Leonid Eydelman rusiyalı jurnalistlərə söyləyib. O deyib ki, mövsümi kəskin resperator virus infeksiyalarının COVID-19 ilə oxşar simptomları vəziyyəti daha da kəskinləşdirə bilər. Belə ki, resperator xəstəliklərlərdən əziyyət çəkən xəstələri COVıD-19 xəstələrindən ayırmaq çətin olacaq. Mütəxəssis payız aylarında ölkələrin səhiyyə sistemini daha mütəşəkkil olmağa çağırıb.
O xatırladıb ki, İsraildə koronavirus infeksiyasının ikinci dalğasının yayılması üzündən hakimiyyət yenidən məhdudiyyət tədbirlərinə əl atmağa məcbur olub.
L.Eydelmanın yoluxma hallarının çox olduğu ərazilərdə regional karantinlərin tətbiqinə tərəfdar olduğunu bildirib. O, təhlükəsiz və kütləvi peyvəndlərin 2021-ci ilin ikinci rübündən tez tətbiq ediləcəyinə inanmadığını qeyd edərək, bu virusla yaşamağı öyrənməyə çağırıb.

banner

Oxşar Xəbərlər