• cümə, 29 Mart, 17:37
  • Baku Bakı 14°C

Koronavirusun yeni ştammı AŞKARLANDI

11.08.22 15:15 669
Koronavirusun yeni ştammı AŞKARLANDI

Rusiyada koronavirusun yeni ştammı aşkarlanıb.

Sankt-Peterburqdan alınan genom məlumatlarının tədqiqi zamanı koronavirusun “Omikron” və “Delta” ştammlarının hibridi olan yeni variantı aşkar edilib.

Yeni hibrid ştammla bağlı ilk məlumatlar iyulun əvvəlindən olsa da, əvvəlcə tədqiqatçılar onlara inamsızlıqla yanaşıblar. Lakin sonradan elm adamları koronavirusun bu variantının daha çox genomunu əldə edə biliblər.

Sankt-Peterburqda aşkar edilən “Rus deltakronu”nun təhlükə dərəcəsi hələ də müəyyənləşdirilir.

banner

Oxşar Xəbərlər