Koronavirusun yeni ştamlarının region ölkələrində yayılması bizim üçün siqnaldır
![Koronavirusun yeni ştamlarının region ölkələrində yayılması bizim üçün siqnaldır](https://kaspi.az/storage/posts/large/62373d8670b0b.jpg)
Koronavirus pandemiyası ilə mübarizə davam edir. Son vaxtlar yoluxma statistikasında da artım müşahidə olunur. Ötən sutkada 1101 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər COVID-19-dan dünyasını dəyişib. Xəstəxanalara müraciət edənlərin, ağır vəziyyətdə reanimasiyaya düşənlərin, eyni zamanda, ölüm hallarının sayında ciddi artım müşahidə olunur.
BunuAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat qeyd edib ki, dünyada, xüsusilə region ölkələrində - Rusiya, İran, Gürcüstanda COVID-19-a yoluxma hallarında kəskin artım müşahidə olunmaqdadır. Türkiyədə gündəlik yoluxma son 3 ayda maksimum həddə çatıb. İyul ayı ilə müqayisədə yoluxanların sayı 6 dəfə artaraq, 22-25 minə qalxıb. Gürcüstanda son sutkada 30 nəfər vəfat edib. Rusiyada isə təkcə paytaxt Moskvada son sutkada yoluxanların sayında 20 faiz artım qeydə alınıb. Virusun yeni ştamlarının region ölkələrində yayılması Azərbaycan əhalisi üçün də siqnal olmalıdır.
K.Nurullayeva bildirib ki, karantin rejiminin yumşaldılması və qadağaların aradan qaldırılması, açıq havada maska rejiminin ləğvi, restoran və ticarət obyektlərinin, metronun açılması, şənlik mərasimlərinin keçirilməsinə icazənin verilməsi, tətil mövsümü və xaricə gediş-gəlişin artması virusun daha geniş yayılmasına, yoluxma sayının kəskin artmasına səbəb olub.
"Mütəxəssislərin sözlərinə görə, yoluxma və ölüm sayında artım bu templə davam etsə, məhdudiyyətlərin tətbiqi məsələsi yenidən gündəmə gələ bilər. Təcrübə göstərir ki, virusla ən səmərəli mübarizə vaksinasiya prosesidir. Ölkəmizdə peyvənd olunanların ümumi sayı 5 milyonu ötüb. Peyvənd olunmaqla virusun insan orqanizmi üçün yaratdığı təhlükə zəifləyir və yoluxanlar xəstəliyi yüngül keçirirlər. Yəni, infeksiyaya qarşı orqanizmdə immunitetin yaranmasına nail olmaqla xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq və ölüm halının qarşısını almaq mümkündür”, - deyə K.Nurullayeva əlavə edib.
O bildirib ki, vaksinasiyadan sonra da yoluxma halları baş verdiyi üçün ehtiyatlı olmaq lazımdır. Vaksinasiyadan sonra xəstəlik daha yüngül keçir. Ən əsası isə təbii ki, ölüm riskinin azalmasıdır. Məsələ burasındadır ki, koronavirusun yeni ştamları epidemioloji vəziyyəti daha da ağırlaşdırır. Belə olan halda, insanların vaksinasiya prosesində daha fəal olması zərurəti yaranır.

![banner](/images/kaspibanner.jpg)