• cümə, 26 Aprel, 21:41
  • Baku Bakı 22°C

Koronavirusun yayılmaması üçün Azərbaycan dövləti bütün önləyici tədbirləri görür

14.03.20 21:30 1024
Koronavirusun yayılmaması üçün Azərbaycan dövləti bütün önləyici tədbirləri görür
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı qlobal pandemiya elan etdiyi bir vaxtda hər bir ölkə öz əhalisinin sağlamlığının qorunması və virusun daha geniş əraziyə yayılması üçün lazım olan bütün labüd addımları atır.
Heç şübhəsiz ki, Azərbaycan dövləti və höküməti də bu məsələyə həssaslıqla yanaşan ilk ölkələrdən biri olmuşdur. Təqdirəlayiq məqam isə ondan ibarətdir ki, COVİD-19 infeksiyası ilə əlaqədar olaraq ölkədə pandemiya vəziyyəti yaranmadan xüsusi rejimin tətbiqinə başlanıldı. Bu isə ondan xəbər verir ki, sözügedən infeksiyanın daha da yayılmaması üçün Azərbaycan dövləti və höküməti bütün önləyici tədbirlər alır, üzərinə düşən işi böyük məsuliyyət hissi ilə görür. Elə bunun məntiqi izahıdır ki, Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər, atılan addımlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yüksək dəyərləndirir.
Bir çox ölkələrlə təmasın minimuma endirilməsinə, hətta bəziləri ilə tamamilə dayandırılmasına, eyni zamanda ölkə daxilində də ictimai həyata və davranışa sərt məhdudiyyətlərin tətbiq edilməsinə başlanılıb ki, bu tendensiya da dünya dövlətlərinin çoxusunda müşahidə olunur.
Hal-hazırda ölkə vətəndaşlarının normal həyat şəraitinin pozulmaması və insanların təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövləti üçün prioritet məsələdir. Bu istiqamətdə Azərbaycan dövləti lazım olan bütün zəruri addımlar atır və işlərə fasilə verilmir. Məsələ bilavasitə ölkə başçımız cənab İlham Əliyevin şəxsi nəzarəti altındadır. Lakin məsələyə həssas münasibətdə hər şey yalnız dövlətin və hökümətin üzərinə düşməməlidir. Hər bir vətəndaş fərd olaraq sosial məsuliyyət hissini və missiyasını daha da gücləndirərək, informasiya təhlükəsizliyində həssas davranaraq milli həmrəylik nümayiş etdirməli və milli təhlükəsizliyimizi qorumalıdır.
Hal-hazırda ölkədə heç bir kritik və qorxulu vəziyyət yoxdur. Buna baxmayaraq tədbirli davranaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarlarını qeyd-şərtsiz icra etmək hər birimizin borcudur. Bu yolla biz nəinki fərd olaraq təkcə özümüzü, ya ailəmizi sığortalamış oluruq, eyni zamanda bütövlükdə cəmiyyətin və daha geniş kontekstdə bəşəriyyətin də təhlükəsizliyinə mühüm tövfə vermiş oluruq. Yalançı və əsassız xəbərlərdən qaçınmalı, əhalini yalnış istiqmətləndirən təxribat xarakterli video, fotolar, səs yazılarından uzaq durmalı, bunu yayanları xəbərdar etməliyik. Unutmaq olmaz ki, belə əməllərlə məşğul olan hər kəsi ciddi cəza tədbirləri gözləyir.
Şəbnəm Həsənova
Politoloq

banner

Oxşar Xəbərlər