AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Koronavirusun

Koronavirusun "Eta" ştammının spesifik əlaməti açıqlandı

Təfsilat
24 Sentyabr 2021, 17:15 95
Koronavirusun yeni yayılan "Eta" ştammının spesifik əlaməti yüksək hərarətdir.
Bunu Trend-ə açıqlamasında həkim-infeksionist Nigar Əliyeva deyib.
O, yeni variantın digər əlamətlərinin isə bütün ştamlarla eyni olduğunu bildirib:
"Dünyanın müxtəlif yerlərində müxtəlif ştamlar yaranır. Bəziləri bir müddət sonra yayılma sürətini artıraraq aktuallıq qazanır. ÜST təsdiq etdikdən və araşdırmalardan sonra yekun qərara gəlinir. Hazırda, Nigeriya ştammı yeni aşkarlanıb və araşdırma dövrünü keçirir. Eyni zamanda "Mü" ştammı da diqqət mərkəzindədir. Lakin hansının geniş miqyas alacağını proqnozlaşdırmaq çətindir. Adətən, hər yeni yaranmış mutasiya əvvəlkindən daha zəif olmalıdır. Lakin COVID-19-da biz bunu hələ ki müşahidə edə bilmirik. Ümid edirik ki, vaksinasiya ştamların zəifləməsinə də təsir edəcək".