• cümə, 19 Aprel, 13:52
  • Baku Bakı 25°C

Koronavirusla mübarizə çərçivəsində “Online hüquqi məsləhət” layihəsinə başlandı

30.03.20 17:18 1615
Koronavirusla mübarizə çərçivəsində “Online hüquqi məsləhət” layihəsinə başlandı
Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək (GMİD) İctimai Birliyi ödənişsiz "Online hüquqi məsləhət” layihəsinin icrasına başlayıb. Layihə barədə məlumat verən birliyin sədri Rüfət Cavadzadə bildirib ki, layihənin məqsədi Covid19 virusu il mübarizənin aparıldığı dövrdə vətəndaşlara məsafədən hüquqi məsləhət verməkdir. R.Cavadzadə Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyəti nəticəsində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə zəruri tədbirlərin davam etdirildiyini, belə tədbirlərin ən mühüm hissəsinin vətəndaşların ünsiyyətini minimuma qədər azaltmaq olduğunu, indiyə qədər mərhələli şəkildə görülmüş tədbirlərin ünsiyyətin xeyli azalmasına səbəb olduğunu vurğulayıb.
O həmçinin qeyd edib ki, müəyyən zəruri işlər səbəbindən vətəndaşların "özünütəcrid”i qeyri-mümkün olur ki, bu hal infeksiyanın yayılması təhlükəsini artırır: "Bu səbəbdən infeksiyanın yayılmasının qarşısının qısa müddətdə və tam şəkildə alınması məqsədilə vətəndaşların "özünütəcrid” üçün daha əlverişli şərtlərlə təmin edilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən uğurlu tədbirlərə dəstək vermək məqsədi ilə Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək (GMİD) İctimai Birliyi tərəfindən "Online Hüquqi məsləhət” xidmətləri layihəsinə start verilib. "Online Hüquqi məsləhət” xidmətləri çərçivəsində Birliyə məxsus elektron, poçt ünvanları, sosial şəbəkələrdə olan profil və səhifələr vasitəsi ilə vətəndaşların hüquqi sorğuları cavablandırılacaq və zərurət olduğu halda müxtəlif sənəd (Ərizə, İddia ərizəsi, qərar, şikayət) nümunələri onlara təqdim ediləcəkdir”.


Layihədən faydalanmaq istəyənlər üçün əlaqə vasitələri:
e-mail: [email protected]
https://www.facebook.com/legal.help1/
https://www.facebook.com/gmid.huquqi.meslehet/
https://www.instagram.com/gmidlegalcenter/

banner

Oxşar Xəbərlər