• şənbə, 20 Aprel, 08:45
  • Baku Bakı 14°C

Koronavirusdan sağalan həkim: "Yoluxanların 94%-i evdə müalicə alır"

11.04.20 15:30 1554
Koronavirusdan sağalan həkim: "Yoluxanların 94%-i evdə müalicə alır"
Türkiyənin tanınmış plastik, rekonstruktiv və estetik cərrahı, professor, doktorEthem Güneren koronavirusdan sağalantibb işçilərindəndir. O, digər həkim həmkarlarının da plazmafarez metodu vasitəsilə müalicəsi üçünqan verib. E.Güneren "Report"un Türkiyə bürosunakoronavirus pandemiyası ilə bağlımüsahibə verib.
- Doktor,bu gün dünyada yüzlərlə tibb işçisi koronavirus pandemiyasınınqurbanı olub. Siz də bu infeksiyayayoluxdunuz, ancaq xəstəliyə qalib gəlməyi də bacardınız. Bəs koronavirusa yoluxduğunuzu necə anladınız?
- Mənim ailəm çox genişdir, atam, anam, bacım və qardaşlarım da daxilolmaqla təxminən 5 ailə eyni ərazidə yaşayırıq. Ailəmizdə beş ayrı-ayrı xəstəxanada işləyən 6 həkim var. Bu həkimlərdən biri və ya bir neçəsi işlədikləri xəstəxanalardan koronavirusu evimizə gətirdilər. Təxminən 20 gün öncə infeksiyanınilkin əlamətləri olan öskürək, qızdırma, halsızlıq və s. hiss etdikdənsonra analizverdim. Bundan sonra koronavirus daşıyıcısı olduğum ortaya çıxdı. Daha sonra ailə üzvlərimin hamısı koronavirus testindən keçdilər. Nəticədə ahılatam və anam da daxilolmaqla, ailəmizdən 14 nəfərin infeksiyaya yoluxduğu müəyyənləşdi. 6 nəfərin vəziyyəti bir qədər ağırlaşmış, sətəlcəm olmuşdular. Atamı və anamı Türkiyənin ən böyük tibb ocağı olan Bezmialem Vəqf Universiteti Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirdik. Onlar süni nəfəs aparatlarına qoşuldular və ciddi şəkildəmüalicələri başladı. Mən və koronavirus daşıyıcısı olan digərləri hər kəsdən özümüzü karantinə aldıq vəevdə 14 gün müalicəmizi davam etdirdik.
- Bəsxəstəliyi necə keçirdiniz?
- Koronavirusa yoluxanların 94%-i xəstəliyi ayaqda keçirir, yəni evdə müalicə alır. Onlardan2%-ixəstəxanaya yerləşdirilir, 2%-i reanimasiyada müalicə alır,2%-i isə ölür. Əslində, ilk üç gündə qorxduğumu etiraf etməliyəm. Çünki xəstəliyin hansı mərhələsində olduğunu bilmirsən. Bu infeksiyanın mindən çox fərqli simptomları var və orqanizmin harasından"vuracağı" da bəlli deyil. Məsələn, şəkərli diabetxəstələrinin bəziləri sağalır, bəziləri isə ölür. Bəzənheç bir xəstəliyi olmayan sağlam insanlar da qurbana çevrilir. Ancaqüç gün sonra irəliləyişin olduğunu hiss etdim. Atıq yeddinci gündə virusa qalib gəlmişdim. Əgər beş və yeddi gün arasında normallaşma müşahidə edilirsə, ağırlaşma olmur və tədricən sağalmağa doğru addımlayırsan. Ondan sonra geriyə doğru deyil, sadəcə irəliyə doğru sağalma müşahidə olunur. Bir həftə sonra təkrar test olunduq. Ailəmdə olan hər kəs sağaldı. Artıq ötən gündən işə başlamışam.
- Sizcə, koronavirusdan sağalanlarınyenidən yoluxma ehtimalı varmı? Hazırda özünüzü necə qoruyursunuz?
- Bilirsiniz, koronavirusdan sağaldıqdan sonrakı ilk altı həftədə orqanizmin immun sistemi güclənir.Ancaq daha sonra immun sistemi getdikcə zəifləməyə başlayır. Ona görə də təxminən 6 həftədən sonra yenidən koronavirusa yoluxmaq ehtimalı mümkündür. Ancaq növbəti mərhələ mutasiya mərhələsi hesab olunur. Bunu major mutasiya da adlandırırıq.Bu mərhələdə infeksiyanın hansı formanı alacağı məlum deyil. Fərz edin ki,saçınızı kəsdirmisiniz. Bu, sizi nə qədər dəyişə bilər? Birdə fikirləşin ki, estetik əməliyyat olub burnunuzu kəsdirmisiniz. Bəs bu sizin görünüşünüzünə qədər dəyişəcək?Təbii ki, estetik əməliyyatdan sonra dəyişiklik daha ciddi və təsirlidir. Ancaq koronavirusunmutasiyadan sonra hansı formada üzə çıxacağı məlumdeyil. Əgər major mutasiya olarsa, bu vəziyyətdə qorunma mümkün deyil. Ona görə də bütün günü maskayla gəzirəm, sosial məsafəni qoruyuram. Bundan başqa, hazırda xəstəxanamız sırf koronavirus xəstələriüçün ayrılıb. Ona görə də zəruriolmayan əməliyyatlar həyata keçirilmir. Hazırda xəstəxanada mənə çox ehtiyac olmasa da, işimin başındayam. Ümumiyyətlə,Türkiyə xəstəxanaları koronavirusla mübarizədə ciddi və uğurlu iş ortaya qoyublar.Bu da ölkəsəhiyyəsinin gücünü göstərir.
- Bu günABŞ və Avropa ölkələrindəpandemiya qurbanlarının sayı gündən-günə artır. Bir həkim kimi vəziyyətin bu səviyyəyə çatmasını necə qiymətləndirirsiniz?
- Mən hesab edirəm ki,dünya dövlətləri ilk günlərdə koronavirusu çox da ciddiyə almadı. Ona görə də bu səviyyəyə gəlib çatdıq. Əgər Türkiyə də daxil olmaqla, ölkələr ilk günlərdən sərhədlərinibağlasaydılar, bu qədər ağırbədəl ödəməzdik. Türkiyə əvvəlcə yalnızİranla sərhədinibağladı, bu da çox doğru zamanda verilmiş qərar idi. Ancaq bu qadağaAvropadan gələnlər üçün tətbiq edilmədi. Eyni zamandaTürkiyədə də İran və Cənubi Koreyada daolduğu kimi bütün əhali koronavirus testindən keçirilməlidir. Çünki içimizdə gizli infeksiya daşıyıcıları var. Onlar da əsasəngənclərdir. Çünki koronavirus daşıyıcısı olangənclərxəstəliyi yüngül keçirir və gün keçdikcəsağalırlar. Ancaq həmin gənclər potensial koronavirus daşıyıcılardır və infeksiyanıyaymaqda davam edirlər. Koronavirusu mövsümi xəstəlik də adlandıra bilərik. Ən azı üç ay müddətində təsirini davam etdirəcək. Ancaq bir il dünya iqtisadiyyatına və siyasətinə təsiri davam edəcək.
- Sizcə, koronavirusun vaksini nə vaxt tapıla bilər? Ümumiyyətlə, bu xəstəlik bitdikdən sonra insanların həyatında nə kimi dəyişiklik ola bilər?
- Əlbəttə,vaksin tapılacaq və tətbiq ediləcək. Artıq koronavirusa yoluxmuş bir insan 14 gün sonra qan verərək donor ola bilir. Mən də könüllü donor oldum. Belə ki, koronavirusa yoluxmuş və sağalmış şəxs üç dəfə qan verməklə digər xəstənin şəfa tapmasına yardımçı ola bilər. Təbii ki,qandakı proteinləri xəstə şəxsə köçürürlər. Mən könüllü olaraq müraciət etdim və hazırda reanimasiyada müalicəsi davam edənyaxın dostum üçünqan verəcəyəm.Təbii ki, koronavirus bitdikdən sonra dünyamızda çox şey dəyişəcək. İnsanların bəlkə də buna ehtiyacı vardı. Bildiyiniz kimi,sosial eksperiment zamanıayaqyoluna gedənlərin bir çoxunun çıxdıqdan sonra əllərini yumadıqları məlum oldu. Bu infeksiyainsanlara gigiyenik qaydalara riayət etməyi öyrədəcək,İnsanlarbəzi dəyərlərin fərqinə varacaqlar. Ən əsası dasağlamlıqlarının.
- Bəs son olaraqinsanlara nələri tövsiyə edərdiniz?
- Koronavirusunun yayılması bəşəriyyətin mədəni təkamülündə faydalı mutasiya üçün imkan sayıla bilər. Fikrimcə, bu müharibədən sağ çıxan insanlardan əl yumağı öyrənməklə yanaşı, marça-murçlaöpüşməmək, kütlənin üzərinə öskürməmək, asqırmamaq, yerə tüpürməmək kimi faydalı qazancları da gözləyirik.
Həkim olaraq Azərbaycana və dünyaya səslənirəm: sadəcə və sadəcə evdə qalıb gigiyenik qaydalara əməl etsəniz, həyatda qalacaqsınız. Həyatda qalmaq istəyən evində qalmalıdır.
Müəllif: Vüsalə Abbasova
banner

Oxşar Xəbərlər