• cümə, 29 Mart, 11:29
  • Baku Bakı 5°C

Koronavirusdan sağalan həkim Cavid Paşayev evə buraxılıb

15.08.20 17:30 786
Koronavirusdan sağalan həkim Cavid Paşayev evə buraxılıb
Koronavirusdan sağalan həkim, Tibb Univerisitetinin Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinin müdiri Cavid Paşayev evə buraxılıb.
Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, millət vəkili Rəşad Mahmudov bildirib.
R.Mahmudov deyib ki, 36 yaşlı C. Paşayev xəstəliyə qalıb gəlib: "Ən çətin günlərində böyük bir komanda gecə-gündüz demədən sənin müalicəni müzakirə etdi, sənə görə bəzən mübahisə etdi, hətta bəzən dalaşdıq, savaşdıq amma təslim olmadıq. Çünki hamının yeganə hədəfi var idi.... Səni yaşatmaq!”
Millət vəkili C. Paşayevin sağalmasında ECMO cihazının effektivliyini qeyd edib: "Beləliklə dünyanın qabaqcıl səhiyyələrində hələ də müzakirə olunan, COVID 19-la mübarizədə effektivliyinə şübhə ilə yanaşılan ECMO istifadəsinin ölkəmizdə daha bir uğurlu nəticəsinin sonuna gəldik!"
Qeyd edək ki, Tibb Univerisitetinin Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinin müdiri, koronavirusa yoluxmuş 36 yaşlı Cavid Paşayev iyulun 13-dən ECMO cihazına qoşulmuşdu. Onun müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.
banner

Oxşar Xəbərlər