• cümə axşamı, 28 mart, 19:04
  • Baku Bakı 13°C

Koronavirusdan faydalanmaq istəyən klublar var

05.04.20 14:22 734
Koronavirusdan faydalanmaq istəyən klublar var
Holland mütəxəssis Lui van Qal bəzi çempionatların erkən yekunlaşdırılmasının əleyhinə çıxış edib.
Kaspi.az xəbər verir ki, Van Qal koronavirus epidemiyasından bəzi klubların yararlanmaq istədiyini bildirib:
"FİFA və UEFA qaydaları tənzimləməli və manevr üçün imkanlar yaratmalıdır. Bundan sonra işə başlaya bilərik.
Həftə ərzində daha çox oyun keçirməklə növbəti mövsümü bir qədər genişləndirə bilərik. Koronavirusdan faydalanmaq istəyən klublar var.
25 oyundan sonra "Ayaks”ı çempion elan etmək olmaz. Axı "AZ Alkmar”ın da xalı "ayaks”la eynidir. Məgər bunun heç bir əhəmiyyəti yoxdur?”
banner

Oxşar Xəbərlər