AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Koronavirusa yoluxmaqdan şübhələndikdə ilk nə etmək lazımdır?

Koronavirusa yoluxmaqdan şübhələndikdə ilk nə etmək lazımdır?

Təfsilat
13 Oktyabr 2021, 15:00 76
Koronavirusa yoluxduğundan şübhələnən insan ilk növbədə test verib, yoluxub-yoluxmadığını dəqiqləşdirməlidir.
Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
T.Eyvazov bildirib ki, bəzi hallarda insanlar yoluxduqlarından şübhələndiyi zaman kompüter tomoqrafiyası (KT) müayinəsindən keçirlər: "Bu, doğru addım deyil. Çünki əksər hallarda yoluxmanın ilk dövründə virus ağciyərlərə təsir etmir.
İnsanlar isə ağciyərlərə təsirin olmadığını görüb arxayınlaşırlar, lakin sonradan infeksiya ağırlaşmalara səbəb olur. Bu baxımdan ən doğru addım COVID-19 testi verərək virusa yoluxub-yoluxmadığını müəyyənləşdirməkdir”.