AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Koronavirusa yoluxma hallarının 55,9 faizi paytaxtda qeydə alınıb

Koronavirusa yoluxma hallarının 55,9 faizi paytaxtda qeydə alınıb

Təfsilat
22 Sentyabr 2020, 12:15 190
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma göstəriciləri açıqlanıb.
AZƏRTAC koronavirusinfo.az saytına istinadən xəbər verir ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 55,9 faizi paytaxtın payına düşür.
Bundan əlavə, həmin göstərici Abşeron rayonunda 15,4, Aran rayonlarında 10,5, Gəncə-Qazax bölgəsində 6,4, Lənkəranda 4,3, Quba-Xaçmazda 2,1, Şəki-Zaqatalada 1,8, Dağlıq Şirvanda 1,6, Yuxarı Qarabağda 1, Naxçıvan Muxtar Respublikasında 0,04 faiz təşkil edir. Ölkə xaricindən idxal olunma halı 1 faizdir.