• çərşənbə, 17 Aprel, 03:34
  • Baku Bakı 14°C

Koronavirusa qarşı mübarizədə çox kritik mərhələyə daxil oluruq

31.03.20 15:38 938
Koronavirusa qarşı mübarizədə çox kritik mərhələyə daxil oluruq
Koronavirusa qarşı mübarizədə çox kritik mərhələyə daxil oluruq. Əgər bunun fərqində olmasaq, hər birimiz öz şəxsi karantin rejimimizi elan edib özümüzü təcrid etməsək ən pis ssenari ilə üzləşə bilərik. Ona görə də bu vaxta qədər yol verdiyimiz məsuliyyətsizliyi, səhlənkarlığı bir kənara qoyub həyatımızda ciddi karantin rejimini tətbiq etdiyimiz tamamilə yeni bir səhifə açmağı bacarmalıyıq. Əks təqdirdə, nəinki özümüzün, həm də yaxınlarımızın, sevdiklərimizin həyatına ciddi təhlükə yarada bilərik. Hər birimizin müşahidə etdiyimiz və müqayisə edərək doğru nəticə çıxara biləcəyimiz dünya təcrübəsi var.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. Deputat qeyd edib ki, hansı ölkələrdə karantin rejimi vətəndaşlar tərəfindən ciddi qəbul edildisə, ona riayət olundusa həmin ölkələr koronavirusa minimum itki ilə qalib gələ bildilər. Bunun əksini edənlər isə çox ağır itkilərə məruz qalmalı oldular. Bu ağır günlərdə birinci dərəcəli vətəndaşlıq borcumuz maksimum özünütəcridetmədir, maksimim evdəqalmadır. Bu gün passiv evdəqalma koronavirusa qarşı ən aktiv mübarizə aparmaq deməkdir. Bir müddət sonra bu təhlükə də arxada qalacaq. Sosial– ictimai həyatımızda yeni bir dövr başlayacaq və biz bu dövrü "postkorona” dövrü adlandıracağıq . Gəlin elə tədbirlər alaq ki, bu dövrə yaxınlarımızla, əzizlərimizlə birlikdə qədəm qoya bilək. Bu gün birimizin təhlükəsizliyi hər birimizin təhlükəsizliyidir. Birimizin məsuliyyətsizliyi isə hər birimiz üçün təhlükədir. Təhlükəni birgə dəf etmək hamımızın vətəndaşlıq vəzifəmiz və borcumuzdur. Evdə qal Azərbaycan! Bu günün ən aktual çağırışı budur. Evdə qalaq, bu günümüzü, gələcəyimizi xilas edək!
banner

Oxşar Xəbərlər