• cümə, 29 Mart, 15:25
  • Baku Bakı 14°C

Koronavirusa görə Qaraməryəmə giriş-çıxış bağlanıb? - RƏSMİ AÇIQLAMA

17.08.21 14:00 277
Koronavirusa görə Qaraməryəmə giriş-çıxış bağlanıb? - RƏSMİ AÇIQLAMA
Göyçay rayonunun Qaraməryəm kəndinə giriş-çıxışın bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Kaspi.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, yayılan məlumatlar yalandır: "Həmin kəndə giriş-çıxış bağlanmayıb, bu məlumat düzgün deyil".
Göyçay rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Elçin Bilalov da məlumatları təkzib edib. O qeyd edib ki, nə Qaraməryəm kəndində, nə də rayonun digər ərazilərinə giriş-çıxış bağlanmayıb: "Qaraməryəm kəndində bir nəfərin koronavirus şübhəsi ilə bağlı məlumat daxil olub. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib və həmin şəxsdən də test götürülüb. Bundan başqa həmin kənddə heç bir fakt aşkarlanmayıb". (Trend)
banner

Oxşar Xəbərlər